Aygün Kazımova "Big Apple Music Awards"dan imtina etdi
21 Mart 2015 22:55
Azərbaycanın xalq artisti Aygün Kazımova dünyaca məşhur "Big Apple Music Awards" mükafatlandırma mərasimində iştirak etməkdən imtina edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Aygün Kazımova bu il dünyanın ən məşhur mükafatlandırma mərasimlərindən olan "Big Apple Music Awards"a layiq görülmək üçün müsabiqə təşkilatçıları tərəfindən iyul ayında baş tutacaq növbəti mərasim gecəsinə dəvət olunub. Bununla əlaqədar olaraq ötən gündən Aygün Kazımovanın adı müsabiqənin rəsmi saytında səs vermədə istirak etmək üçün yerləşdirilib.
Bu gün isə xalq artisti adıçəkilən yarışmada iştirak etməkdən imtina edib. Bu haqda Aygün Kazımova sosial şəbəkədə özü yazıb:
"Mən bu yarışmadan imtina edirəm. Səbəb isə təşkilatçıların erməni olmasıdır. Sevənlərim səs göndərməsinlər..."
Qeyd edək ki, ötən il "Big Apple Music Awards" mükafatına Azərbaycandan xalq artisti Brilliant Dadaşova və müğənni İlhamə Qasımova layiq görülmüşdü.
Milli.Az