Fənərsiz, əla yol - VİDEO

22 Mart 2015 19:57
Siz inanmazsınız, amma bu videoçarx qətiyyən elektriklə işləyən Nissan Leaf modelini reklam etmir. Hətta avtomobillər üçün işıldayan boyaları kütlənin beyninə yeritmək məqsədi də daşımır. Onun əsas "qəhrəmanı" bu yaxınlarda Hollandiyada açılmış işıldayan yol xətləri olan avtomobil trasıdır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, layihə elektrik enerjisinin qənaət edilməsinə və faydalı qazıntıların qorunub saxlanmasına həsr edilib. Leaf isə videoda sadəcə Hollandiyada ən populyar elektrokar kimi istifadə edilib.

İşıq saçan yollar ideyasını sənaye dizayneri Dan Rozeqarde səsləndirib. Əlbəttə ki, yolun bütün hissələri deyil, yalnız xüsusi rəng vurulmuş hissələri işıq saçır. Onun tərkibi gündüz günəş işığını toplayıb hava qaraldıqdan sonra 8 saat ərzində onu əks etdirir. Oss şəhəri ətrafında yolun seçilmiş 600 metrlik hissəsində aparılan eksperimentdə məqsəd qaranlıqda işıq fənərlərsiz ötüşməyin mümkün olub-olmadığını aşkara çıxarmaqdır.



Milli.Az