Dövlət Baxçalı yenidən MHP-nin başqanı seçilib
21 Mart 2015 19:15
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu gün Türkiyənin paytaxtı Ankarada Milliyətçi Hərakat Partiyasının növbəti - XI qurultayı keçirilir.
Qurultayda Milliyətçi Hərakat Partiyasının başqanının seçilməsi ilə bağlı seçkilər keçirilib.
Çoxlu sayda partiya üzvü və qonaqlar da daxil olmaqla, 20 min nəfərin qatıldığı qurultayda Dövlət Baxçalı Milliyətçi Hərakat Partiyasının başqanı seçilib. Dövlət Baxçalının lehinə 1149 qurultay nümayəndəsi səs verib.
Milli.Az