Günəşin tutulması Yerə necə təsir etdi?

21 Mart 2015 16:25
Minlərlə insan nadir təbii fenomeni izləmək üçün Atlantik okean sahilllərinə axışıb
Milli.Az anspress-ə istinadən xəbər verir ki, dünən baş vermiş günəş tutulması hadisəsi yerə təsirsiz ötüşməyib. Buna qədər astroloji hadisəni izləmək üçün turistlər Farer adalarına və şimal buzlu okean sahilində olan digər adalara axın edirdisə, indi də "macəra ovçuları" Fransanın atlantik sahilinə axışıb.

Ölkəyə axışan turistlərin əsas məqsədi günəş tutulmasından sonra Fransa sularında yaşanan "əsrin ən güclü qabarma və çəkilməsinə" tamaşa etməkdir. Astroloji hadisənin təsiri altında, Fransanın Atlantik Okean sahilində yerləşən bəzi ərazilərdə suyun 15 metrə yaxın qalxacağı proqnozlaşdırılır.

Hava xidmətinə görə, cümə günü qabarma-çəkilmə mütənasibi 120 ballıq şkala ilə 118 bala çatıb. Bu gün isə bu göstəricinin pik səviyyəyə yaxınlaşacağı gözlənilir.

Təbii fenomenin canlı şahidi olmaq üçün minlərlə turist Fransanın Mont-Sen-Mişel şəhərinə axışıb. Qabarmanın güclənməsindən sonra, artıq səhər saatlarında sahil yaxınlığındakı yolu su basıb. Hidrometeoroloqlar qabarmanın bugün gecə saatlarına kimi ən yüksək səviyyəyə çatacağı bildirir. Göy cisimlərinin cazibə qüvvəsinin təsiri altında baş verən bu fenomen hər 18 ildən bir baş verir.

Milli.Az