Yenilənmiş, fərqli Jaguar - FOTO

20 Mart 2015 23:01
Premium Britaniya markası Jaguar 2016-cı model ilinin yenilənmiş XF flaqman sedanın dünya premyerasını rəsmi anons edib və bir neçə şəklini dərc edib. Mötəbər avtomobil martın 24-də qlobal şəbəkə vasitəsilə təqdim ediləcək. Onun ictimai debütü Nyu-York beynəlxalq avtosalonunda planlaşdırılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, quş uçuşu yüksəkliyindən olan təsvirlərə əsasən yenilənmiş Jaguar XF sedan şıq xarici görünüş, qabarıq kapot və "dəbdəbəli" kuzov formaları əldə edib. Yenilənmiş Jaguar XF 2016 premium sedanı nəfisliyin, cah-calalın, rahatlığın və texnologiyaların misilsiz səviyyəsiylə öyünə bilər.

Milli.Az