Hibrid BMW X5 - VİDEO - FOTO

20 Mart 2015 18:01
Model hələ 2013-cü ildə Frankfurt avtosalonunda təqdim edilmiş X5 Edrive konseptinin seriya versiyasıdır. Krossover tərkibi 4 silindrli 2,0 litrlik benzin turbo-mühərriki və elektrik mühərrikindən ibarət hibrid qurğusu ilə təchiz edilib. Güc qurğusunun toplam hasilatı 313 a.g. və 450 Nm fırlanma anına bərabərdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil həmçinin 9 kVt gücündə litium-ion akumulyator batareyası, 8 pilləli Steptronic ötürücü qutu və yüngül xəlitəli 18 düymlük təkər diskləri ilə də təchiz edilib. Maşının çəkisini 2230 kq həddində saxlamaq mümkün olub.

Hibrid X5 ilk "yüzlüyə" 6,8 saniyədə sürətlənir, maksimum sürət isə saatda 210 kilometrdir. Yalnız elektrik mühərriki hesabına krossover saatda 120 kilometr sürətlə 31 km yol gedə bilir.

Milli.Az





фото