Quşlar onlarla adamı öldürəcəkdi
18 Mart 2015 10:36
Ötən gün Beyrut hava limanından səmaya qalxan Lufthansa aviaşirkətinə məxsus təyyarə tez bir zamanda geri dönmək məcburiyyətində qalıb.
Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, havaya qalxan zaman təyyarənin mühərrik hissəsinə quşlar girib. Bu səbəbdən də təyyarəni yerə endirmək məcburiyyətində qalıblar.
Xatırladaq ki, quşların köç etdiyi yaz və yay aylarında belə hadisələr tez-tez baş verir.
Milli.Az