Daşınan potensiala inanaq?

18 Mart 2015 21:37
Ericsson ConsumerLabın yeni tədqiqatı çərçivəsində ekspertlər istifadəçilərin sağlam həyat tərzini qorumaq üçün müasir texnologiyalardan istifadə imkanlarını araşdırıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, dünyanın 49 ölkəsində yaşayan 54 min istifadəçi arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, fiziki aktivliyi izləməyə imkan verən daşınan elektronika və bulud xidmətlərinə yüksək tələbat var. İstifadəçilərin 71 faizi daşınan qurğuları sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsi üçün səmərəli vasitə hesab edir.

Bundan başqa, respondentlər əmindirlər ki, bulud xidmətlərindən istifadə yaşayış keyfiyyətini yaxşılaşdırır və yaşam müddətini artırır.

Milli.Az