Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ildə yeni domenlərin illik hesablamada artımı 18,5 milyon ad və ya 7,3 faiz, 2012-ci ildə 26,6 milyon və ya 11,8 faiz olub.
2014-cü ilin dördüncü rübündə .COM və .NET qeydiyyatçılarının ümumi bazası 130,6 milyon domen adı (.COM - 115,6 milyon, .NET - 15 milyon) təşkil edib. İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə edilib. Maraqlıdır ki, 2012-2011-ci illərdə bu göstərici müvafiq olaraq 8 və 7,9 milyona bərabər olub.
Qeydiyyatdan keçən adların sayına görə ən böyük domen zonalarında vəziyyət üçüncü rüblə müqayisədə bir qədər dəyişib. Belə ki, .NL (Niderland) domeni .info domeninin ən böyük domenlər reytinqinin aşağı pilləsinə yerini dəyişməsi nəticəsində onuncu yerdən doqquzuncu yerə enib.
Yüksəksəviyyəli 10 böyük domenlərin sayından .TK rüblük hesablamada 4 faizlik sürətli artım nümayiş etdirib.
2014-cü ilin dördüncü rübünün sonunda özək zonada 478 yeni domen yaranıb ki, onun da 65-i həmin ilin dördüncü rübü ərzində verilib. Yeni yüksəksəviyyəli domendə qeydiyyatların sayı 3,6 milyon və ya qeydiyyatın ümumi sayının 2,3 faizini təşkil edib.
Milli.Az