McDonald's-la bağlı yeni qalmaqal

17 Mart 2015 15:59
Dünyanın ən böyük restoranlar şəbəkəsi olan McDonald's-ın əməkdaşları ABŞ-ın 19 ştatında nəzarət xidmətlərinə müraciət ediblər.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, onlar əmək şəraitinin pis olmasından şikayətləniblər.

Əməkdaşlar qeyd ediblər ki, iş prosesində yanıq xəsarətləri alırlar. Ancaq şirkət onlara yanıqdan qoruyan paltarlar vermir. Bundan əlavə işçilərdən tələb olunur ki, soyumamış qabları yusunlar. Yanıq xəsarətlərinə qarşı xüsusi kremlər də təklif etmirlər.

Britni Berri adlı işçinin əli yananda McDonald's-ın menecerləri təklif ediblər ki, yanmş yerə xardal sürtsün. Nəticədə həmin işçi xəstəxanalıq olub.

Milli.Az