6 milyon pul alırlar, çəkdiklərinə bax - MÜZAKİRƏ
17 Mart 2015 14:49
"Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi hər il kinematoqrafiya sahəsində vergilər də daxil olmaqla 6 milyon manat pul ayırır".
Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov Day.Az-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmin vəsait filmlərin istehsalı, ölkədə kino festivallarının keçirilməsi, xarici festivallarda iştirak, yeni avadanlıqların alınması, köhnə film nüsxələrinin bərpası, Dövlət Film Fondunun saxlanılmasına xərclənir.
"Milli kinonun inkişafında dövlətin ayırdığı vəsaitlər bununla məhdudlaşmır. Dövlətin ayırdığı 10 milyonlarla manat hesabına yeni dövlət film fondunun inşası və "Nizami" kinoteatrının yenidən qurulması, "Azərbaycanfilm" kinostudiyasına yeni avadanlıqların alınmasını da qeyd etmək lazımdır", - deyə o əlavə edib.
Bizim sualımız isə oxucularımızadır. Siz ölkədə kino sənətinin inkişafını görə bilirsinizmi?
Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Milli.Az