Ağsuda qeyri-adi festival keçirilir

17 Mart 2015 12:41
Ağsu rayonunun Gəgəli kəndində "I Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı" təşkil edilib. Milli.Az El TY-yə (Region Tv) istinadən xəbər verir ki, tədbir Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Festivalda müxtəlif folklor qruplarının hazırladıqları əyləncəli proqramlar nümayiş olunur, sərgi-yarmarkaları, oturma gecələri keçirilir, tonqallar qalanır. Orta əsr Ağsu şəhəri ilə tanış olmaq istəyən qonaqlar üçün tur təşkil edilir. Festival iştirakçıları kənddəki evlərdə yerləşiblər. Festival 3 gün davam edəcək.

Milli.Az