"Lufthansa" yenə tətildə
17 Mart 2015 09:13
Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları martın 18-də tətil edəcəklər.
APA-nın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya pilotlarının həmkarlar ittifaqı bəyan edib.
Qeyd olunur ki, bununla aviaşirkət əməkdaşları xüsusən gənc pilotların əmək şəraiti ilə bağlı narazılıqlarını ifadə edəcəklər.
Tətilin orta və yaxın məsafəli uçuşlara şamil ediləcəyi vurğulanır. "Lufthansa"nın törəməsi olan "Germanwings" və "Eurowings" etirazda iştirak etməyəcəklər.
Milli.Az