Müğənni Zerrin Özer yol qəzasına düşdü

15 Yanvar 2011 14:22
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, sürücünün idarə etdiyi və müğənninin içərisində olduğu maşın ağaca çırpılıb. Arxa oturacaqda oturmuş müğənninin ötən il sınan ayağı yenidən zədələnib. Nəticədə o, ikinci radio proqramına yetişə bilməyib və xəstəxanaya getməli olub.

Xatırladaq ki, Zerrin Özər ötən il də yol qəzasına düşmüş və ayağı sınmışdı.

Milli.Az