Azərbaycan gimnastları Çexiyada qızıl və gümüş medallar qazanıblar- FOTO
16 Mart 2015 16:07
14-16 mart tarixlərində Çexiyanın Zlin şəhərində Azərbaycan gimnastlarının da yer aldığı beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, fərdi çıxışına görə Vladmir Dolmatov gümüş medal qazanıb, qarışıq cütlüyümüz isə (Dolmatova - Koltunova) iki cütlük arasında 1-ci yeri əldə ediblər. Anastasiya Koltunova da həmçinin, fərdi çıxışlarına görə finala çıxmağa müvəffəq olub, lakin daha sonra 10-cu yerdə qərarlaşıb.
Ökəni bu yarışda yeniyetmə gimnastlar - Fəridə Ağayeva və Xədicə Quliyeva da təmsil edib. Onlar fərdi çıxışlarına görə müvafiq olaraq, 14-cü və 35 yerdə (38 yerdən) qərarlaşıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.