Milli.Az-da "Həftəsonu qiraət": Düşüb Allahın izinə...

5 Fevral 2011 15:26
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində yerləşdiriləcək.

Çəkilib göyün üzünə

 nə var ki, Allah olmağa?!

Düşüb Allahın izinə

itmək zülümdü, qardaşim!

 
Yağış yuyub izin-tozun,

Allah göydə azıb, bəlkə.

Mənə bir günahda yazın

getmək zülümdü, qardaşım!


Dayanmışam öz yerimdə

yerimdə yox sen deme ki,

Allah ölür əllərimdə

bitmək zülümdü, qardaşım!

 
Cavab vermir duasına

dualarım göydə qalib.

Sən deme göy tanrısına

yetmək zülümdü, qardaşim!


Erşad Məhərrəmov
Milli.Az