10 at güclü Çin "Lamborghini"si - FOTO

16 Mart 2015 22:48
Tanış olun, Lamborghini Aventador modelinin Çin klonu - Lishidedidong Urban Supercar. Onun timsalında Çin avtomobil sənayesinin bütün xətalı aspektlərini görmək mümkündür.

Hər bir iri avtoşouda cib fotokameraları ilə silahlanaraq yorulmadan eşələnən Çinin sənaye casuslarını görmək mümkündür. Son illər onların çalışmaları daha intensiv və rəngarəng olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bəzi hallarda Çin klonları orijinalın özü qədər xoş təsir bağışlayır. Amma Lishidedidong belələrindən deyil. Bəli, onun itibucaqlı tinləri var, rəngi də sarıdır. Lakin Lamborghini ilə oxşarlıq elə bununla da bitir. Urban Supercar 72 voltluq cırtdan elektrik mühərriki ilə təchiz edilib. O 10 a.g. və 5 Nm fırlanma anı hasil edir. Əslində heç cür baş aça bilmirsən ki, belə bir mühərrik 1,2 tonluq maşını necə çəkə bilər? Çinli mühəndislər ya güc və fırlanma anının mahiyyətini başa düşmür, ya da onlar çox pis maşın layihələndirirlər. Bəlkə də elə hər ikisi.

Urban Supercar dörd nəfərlikdir və eyni zamanda onun yük götürmə qabiliyyəti 400 kiloqramdır. 1,6 ton çəkini 5 tozsoranın və ya 10 blenderin gücü ilə hərəkət etdirmək necə mümkün ola bilər.

Qiymət 50 000 yuanidən başlayır ki, bu da 8 000 dollardan azdır. Bizim şəhərimizdə fəaliyyət göstərən Lamborghini dileri Lishidedidong satmır. Buna görə də onu əldə etmək üçün Çinin Tszyansu əyalətindəki Yançjou şəhərinə getmək lazım gələcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.