Qadınlar üçün 1 milyon iş yeri açılacaq

13 Mart 2015 21:37
Uber onlayn taksi sifarişi xidməti 2020-ci ilədək qadınlar üçün bir milyon iş yeri yaradacaq. Bu təşəbbüs BMT-nin UN Women bölməsi ilə tərəfdaşlıqda reallaşır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda taksi sifarişi servisinin ABŞ bölməsində 100 mindən çox sürücü işləyir ki, onun da 14 faizini qadınlar təşkil edir. İndiki yarımproqramlardan biri UberMilitary qadınlar - ordudan tərxis olunan keçmiş dövlət qulluqçuları, eləcə də hərbi qulluqçuların həyat yoldaşları arasında sürücülərin seçilməsi məqsədilə həyata keçirilir.

Milli.Az