Dəlilər kəndində ev yanıb
9 Mart 2015 20:30
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Saatlı rayonu, Dəlilər kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavan hissəsi 14 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az