Kürə çörəyi ilə məşhur olan kənd - VİDEO

7 Mart 2015 12:44
Yevlax rayonunun Tanrıqulular kəndində çörək kürələrdə bişirilir. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bu kənddə həm evlərdə, həm də küçələrdə sakinlərin ümumi istifadəsində olan kürələrə rast gəlinir.

Kənd sakini Tamam Rzayeva deyir ki, həmin kürələrdən hamı yararlana bilir.
Sakin Sahibə Fərzəliyeva isə bildirir ki, kürədə bişirilən çörək keyfiyyətli olur. Bu, maddi baxımdan da sərfəlidir. Həm də təndirdən fərqli olaraq, kürədə bişirələcək xəmiri istənilən qədər acıtmaq mümkündür.

Sakinlər bildirirlər ki, kənddə kürə çörəyinə maraq günü-gündən artır.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото