Məşhur Qələbə dairəsi sökülür? - FOTO

6 Mart 2015 15:56
Məşhur Qələbə dairəsi dəyişdirilir. Dairədə ciddi işlərə başlanıb. Dairənin ətrafındakı daşlar sökülüb və ərazidə ağır texnika işləyir. İş icraçıları Milli.Az-a bildirdi ki, dairənin ölçüləri kiçilməlidir.

Bakı Şəhər Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, dairə olan yolda beton plitələr və sağ tərəfə hərəkəti göstərən yol nişanı quraşdırılır. Eyni zamanda, dairənin çox yüklənməsini nəzərə alaraq avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.