Mətbəx sirləri: Guştnut - FOTO

9 Mart 2015 07:00
Milli.Az "Aliyənin kulinariya kitabı"na istinadən özbək mətbəxindən guştnutun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500 q mal əti (qoyun əti də olar)
400 q noxud
5 orta boy pomidor
1 baş soğan
ədviyyat



Noxudu bir sutka əvvəldən soyuq suda islatmaq lazımdır. Sonra yuyub suyunu süzün.
Həcmi 2-3 dəfə artacaq.



Əti "quşbaşı" doğrayıb ərinmiş yağda qıpqırmızı qızardın.



Pomidorların üzərinə qaynar su tökün.



Ətə noxudu əlavə edin, suyu çəkiləndən sonra, yağa düşəndə daha 5 dəqiqə qovurun.
 


Noxudun üzərinə çıxanadək su tökün. Qaynara düşəndən sonra qazanın qapağını örtün və vam odda 1 saat bişirin.



1 saat sonra: 



Pomidorun qabığını soyun.



Kubik doğrayın.



Qazana əlavə edin.



Qarışdırın. Duz, qara və qırmızı istiot əlavə edin.



Orta itilikli odda 20-30 dəqiqə (qapağı bağlı) bişirin. 2-3 diş sarımsağı əzib əlavə edin, ocaqdan götürün.



Soğanı yarımhalqa doğrayın, soyuq suda yuyub azca sıxın, duz-istiot vurun.

Xörəyi kasalara çəkib kənarına doğranmış soğan qoyun.

Plov, yaxud digər qarnirlə də süfrəyə verə bilərsiniz.



Nuş olsun!

Milli.Az