Kot-d'İvuarda vətəndaş müharibəsi davam edir: 247 ölü!
14 Yanvar 2011 10:55
Milli.Az xəbər portalının "Le Figaro"ya istinadən verdiyi məlumata görə, bu, BMT-nin ölkədəki durumla bağlı açıqladığı hesabatda bildirilir.
Xatırladaq ki, Kot-d'İvuarda toqquşmalar prezident seçkisindən sonra başlayıb. Qalib gəldiyini elan etmiş müxalifətçi namizəd Alassan Uattaranın tərəfdarları ilə prezident Loran Qbaqbonu dəstəkləyən şəxslər arasında demək olar ki, hər gün toqquşma olur. Hələ ötən həftə qarşıdurmalar zamanı 210 nəfərin həlak olduğu bildirilirdi.
Milli.Az