2010-cu ilin ən bahalı brendləri

20 Fevral 2010 09:58
Rusiya mətbuatının yazdığına görə, ilk yeri dünyanın nəhəng ticarət şəbəkəsi olan Wal-Mart tutub. Onun dəyəri 41,4 milyard dollardır. İkinci yerdə 36,2 milyard dollarla Google, üçüncü yerdə isə 34,8 milyard dollarla "Coca-Cola" gəlir.

İlk onluqda yer almış digər brendlər bunlardır: IBM, Microsoft, GE, Vodafone Telecoms, HSBC, hp və Toyota.

Milli.Az