"Neftçi" üçün daha bir rəqib
13 Yanvar 2011 20:06
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi"nin yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, Bakı klubu Bosniya və Hersoqovinanın "Selik Zenitsa" klubu ilə qarşılaşacaq. Bosniyalılarla oyun fevralın 1-də keçiriləcək.
Qeyd edək ki, yanvarın 19-da "Rubin"lə (Rusiya) yoldaşlıq görüşü keçirəcək "Neftçi" Antalyadakı təlim-məşq toplanışının ikinci mərhələsində "Rudar" (Çernoqoriya), "Arsenal" (Ukrayna) və "Şturm" (Avstriya) klubları ilə də qarşılaşacaq.
Milli.Az