Moda kralı Valentino cinayətdə suçlanır

13 Yanvar 2011 21:12
Milli.Az xəbər portalı RAİ-yə istinadən bildirir ki, "moda kralı" kimi tanınan məşhur dizayner Valentino Qaravanini Roma prokurorluğu vergilərdən yayınmaqda suçladığı tanınmış adamlar siyahısına daxil edib.

Prokurorluq külli miqdarda vəsaiti İsveçrədəki offşor bank hesablarına keçirərək vergilərdən yayınmaqda şübhəli bilinən 700 nəfərə qarşı cinayət işi qaldırıb.
Gizli hesablar barədə prokurorluğa məlumatı Britaniyanın HSBC bankının əməkdaşı 4 il əvvəl təqdim edib.

İtaliyanın kütləvi informasiya vasitələrində açıqlanmış siyahıda məşhur maliyyəçi və bankirlər, şou-biznes ulduzları və siyasətçilər var.
Valentino dünya moda aləminin ən tanınmış dizaynerlərindən biridir.
Elizabet Teylor, Cennifer Lopes, Jaklin Kennedi, Kortni Koks kimi ulduzlar dünyanın ən varlı modelyerlərindən birinin hazırladığı geyimlərə üstünlük verirlər.

Tural
Milli.Az