Bakı sürücülərinin nəzərinə - FOTO

2 Mart 2015 15:56
Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyevküçəsinin təmirinə başlanılıb.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Təmir işləri ilkin mərhələ üzrə Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək. Artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.