Namazda təkbir deyərkən əlləri yuxarı qaldırmaq vacibdirmi?
27 Fevral 2015 22:22
Milli.Az islam.az-a istinadən bildirir ki, namazda cəmi bircə dəfə təkbir (Allahü əkbər) söyləmək vacibdir. Bu, namazın əvvəlində deyilən "təkbirətül-ehram"dır. Bu təkbiri söylədikdən sonra namaz başlamış olur. Bundan əlavə, hər bir namaz əməlinin əvvəlində və sonunda da təkbir söyləmək müstəhəb sayılır.
Təkbirləri söyləyərkən əlləri yuxarı qaldırmaq və qulaq bərabərinə çatdırmaq müstəhəbdir. Cəfəri məzhəbinə görə, təkbirlər aram halda deyilir, yəni təkbir söyləyərkən bədən aram və sakit halda olmalıdır. Əhli-sünnə məzhəbinə görə isə, hər bir namaz əməlinə keçərkən hərəkət halında təkbirlər deyilir. Hər bir halda, birinci təkbirdən başqa bütün təkbirləri söyləmək və həmçinin, bu zaman əlləri yuxarı qaldırmaq vacib deyil, müstəhəbdir.
Milli.Az