Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tamaşa nümayiş etdirilib - FOTO

27 Fevral 2015 15:15
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Rəşid Behbudov adına Mahnı Teatrında gürcü ədibi Nodar Dombadzenin "Didro" əsərinin motivləri əsasında tamaşa nümayiş etdirilib.

Trend-in məlumatına görə, Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, İrəvan Dövlət Azərbaycan Dram Teatrının, Binəqədi Rayon Ziyalılar Cəmiyyəti və Gürcüstan Respublikası Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Binəqədi rayon ictimaiyyəti geniş təmsil olunduğu tədbirdə müharibə dəhşətləri, günahsız insanların qırğınlara məruz qalması obrazların dili ilə tamaşaçı auditoriyasına çatdırılıb.

Tamaşaçılar tərəfindən maraq və həyəcanla izlənilən tamaşanın sonunda aktyorlar Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin fəxri diplomları ilə təltif ediliblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.