Siyəzən sakinləri yürüş etdilər
26 Fevral 2015 18:24
Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil edilən yürüşdə Siyəzən rayonunun min nəfərə yaxın sakini iştirak edib. RTV (Region TV) xəbər verir ki, şəhərin mərkəzindən Şəhidlər Xiyabanına yürüş edən siyəzənlilər bəşər tarixinin ən qanlı olaylarından sayılan Xocalı faciəsinin 23-cü ildönümünü anıblar.
Abidə önünə gül dəstələri düzüblər. Xocalı qətliamı bəşər tarixində oxşarı olmayan soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunan acı bir kədər, dərin bir üzüntüdür. Soyqırımı nəticəsində 613 nəfər xüsusi amansızlıqla və işgəncələrlə qətlə yetirilib.
Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Milli.Az