Riberi oğlu üçün vətənindən imtina edir?

26 Fevral 2015 14:39

Fransa millisinin və "Bavariya"nın futbolçusu Frank Riberi Almaniya vətəndaşı olmağı düşünür.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
 

"Almaniya vətəndaşlığı ala bilərəm. Futbolçu karyeramı başa vurduqdan sonra Münhendə qalmaq istəyirəm. Oğlum Salif Almaniyada doğulub və ola bilər, elə bu milli komandanın da şərəfini qorusun".
 

Qeyd edək ki, Riberi 2007-ci ildən "Bavariya"da çıxış edir.

Milli.Az