Aqil M Quliyev Günaya görə sözünü pozdu

25 Fevral 2015 15:43

4 illik fasilədən sonra məşhur rejissor Aqil M Quliyev fəaliyyətinə start verir.
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, illər öncə kliplərə "stop" deyən rejissor uzun sürən fasilədən sonra ilk olaraq Günay İbrahimli ilə işbirliyi edəcək. Belə ki, Günay yeni təqdim etdiyi "Huzur" mahnısına klip çəkdirmək qərarına gəlib. Bu barədə danışan ifaçının prodüseri Toma Hüseynəliyeva bunları bildirib:

"Günay ciddi olaraq sənəti ilə məşğul olur, dayanmadan 4 klip çəkdirəcəyik ard-arda olaraq. Bunu deyə bilərəm ki, sözləri və musiqisi Tural Bayraməliyeva məxsus olan "Huzur" mahnısına çəkiləcək klipdə tam fərqli sujet xətti olacaq".

Milli.Az