Ağrıkəsicilər infarkt və iflic ehtimalını artıra bilər
12 Yanvar 2011 21:22
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, ekspertlər 116 mindən çox adam üzərində 30-dan çox klinik sınaq apararaq ağrıkəsici dərmanların insan səhhətinə təsirini öyrəniblər.
Son sınaqlar zamanı ibuprofen, naproksen, diklofenak kimi geniş istifadə edilən dərmanlar tədqiq ediliblər.
Həkimlər mütəmadi surətdə artrit kimi halların müalicəsi üçün bu dərmanları qəbul etməyi məsləhət görürlər.
Özü də bu zaman daha böyük dozalar içmək tapşırılır.
"British Medical Journal" dərgisində dərc olunmuş son tədqiqata məlum olub ki, lumira infarkt ehtimalını, ibuprofen isə iflic halını üç dəfə çoxalda bilər.
Milli.Az