Rusiyanın Sibir bölgəsində nəhəng dəliklərin yaranması davam edir. Alimlər bunun səbəblərini araşdırsalar da, hələlik yekun rəy və ya qəti qərar yoxdur.
Yamal yarımadasında isə daha 4 krater yaranıb.
Milli.Az Siberia Times-a istinadən bildirir ki, rusiyalı alimlərin fikrincə, kraterlərin yaranma səbəbləri arasında yeraltı qazların "ciblər" yaratması və sonra da torpağı ovub nəhəng dəliklər yaratmasıdır.
Bu səbəbdən də alimlər həmin dəliklərdən hər an qazın püskürə biləcəyini istisna etmirlər.
Mütəxəssislərin fikrincə, əbədi buzlaq zonalarında yeraltı metan laylarındakı süxur hərəkətlərinin nəticəsində formalaşan dəliklərin araşdırılması üçün ciddi tədqiqatlara ehtiyac duyulur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.