Fevralın 20-nə olan hava proqnozu
20 Fevral 2010 06:00
Milli.Az xəbər portalına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 10-15 m/s olacaq, gecə arabir 18 m/s-dək güclənəcək, gündüz 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Milli.Az