Azərbaycanda qar uçqunu, ölən var
23 Fevral 2015 16:00
Yardımlı rayonunda qar uçqunu olub.
Daxili İşlər Nazirlyindən Milli.Az-a verilən məlumata görə, rayonun Kürəkçi kəndində baş vermiş qar uçqunu zamanı kənd sakini Rəşid Əkbərov yardımçı təsərrüfatında ölüb. Bundan başqa onun 10 baş inəyi tələf olub.
Milli.Az