Bakıda dollar ucuzlaşdı - YENİLƏNİB
22 Fevral 2015 22:59
22:59
Bir gün əvvəl bahalaşan dolların bu gün axşam saatlarında ucizlaşdığı bildirilir.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə dolların manata nisbətən məzənnəsinin 96 qəpiyə düşdüyü iddia olunur.
Hətta "20 yanvar" ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində dolların 92 qəpiyə alındığı, 96 qəpiyə satıldığı deyilir.
Bu məlumatı dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
---------
18:38
Bu gün paytaxtın bəzi valyutadəyişmə məntəqələrində dolların manata nisbətdə məzənnəsi aşağı düşüb.
AzNews.az-ın əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki, xüsusilə 20 Yanvar ərazisindəki valyutadəyişmə məntəqələrində dolların manata nisbətdə kursu dünənkindən fərqli olaraq bir qədər aşağı düşüb.
İndi 1 ABŞ dollarının alışı 96 qəpik, satışı isə 1 manat 2 qəpik olub.
Valyuta dəyişmə məntəqələrinin əməkdaşları deyiblər ki, hazırda məntəqələrdə ABŞ dollarının həcminin böyük olmasına baxmayaraq alış, demək olar ki, həyata keçirilmir.
Qeyd edək ki, dünən Azərbaycanın Mərkəzi Bankı 1 ABŞ dollarının məzənnəsini 1.05 manat, 1 avronun məzənnəsini isə 1.19 manat kimi dəyərləndirib.
Milli.Az