2050-ci ildə siqaret çəkən qalmayacaq?

12 Yanvar 2011 13:36
Milli.Az xəbər portalı "The Daily Telegraph"a istinadən xəbər verir ki, bunu "Citigroup" təşkilatının apardığı tədqiqat göstərib.
"Dünyanın inkişaf etmiş ölkələrində siqaret çəkən şəxslərin sayı durmadan azalır. Bu temp qorunub saxlanarsa, 2050-ci ilə inkişaf etmiş ölkələrdə siqaret çəkən şəxsə rast gəlinməyəcək", - deyə tədqiqat müəllifləri bildirir.
Məlumatda bildirilir ki, əgər 1960-cı ildə Böyük Britaniyada həddi-buluğa çatmış şəxslərin 50%-dən çoxu siqaret çəkirdisə, 2008-ci ildə bu rəqəm təxminən 20%-ə enib.

Milli.Az