Hərəkət edən rəsmlərin, peyda olan görüntülərin izahı nədir?
Bu gün internetdə kifayət qədər illüziyaya əsaslanan fiqurlar, nöqtələr və ya görüntülərə rast gəlmək olur. Hansısa bir insanın şəklinə və ya fiqura baxır, sonra isə ətrafda həmin görüntünü görürük. Elə görüntülər də var ki, onlara bir müddət baxdıqda hərəkət etdiyini görmək olar. Bunlar hamısı optik illüziya - görünən predmet və ya hadisə haqqında həqiqətə uyğun olmayan təəssüratdır. İnternetdə axtardıqca kifayət qədər bir-birindən maraqlı aldadıcı görüntülər tapmaq olar. Bəs, həqiqəti olduğu kimi görməməyimizin səbəbi nədir? Niyə gözlərimiz bizi aldadır?