Səhhətində yaranan problemlərə görə sənətdən uzaq düşən müğənni Mirkamil Kamilov yenidən yaradıcılıq işlərinə başlayıb. Lent.az-ın məlumatına görə, ürək əməliyyatı keçirən ifaçı bəstəkar Emil Şahinlə əməkdaşlığa başlayıb. Belə ki, M.Kamilov bundan sonra E.Şahinin yeni yaratdığı prodakşınla çalışacaq.
Milli.Az xəbər verir ki, bəstəkar E.Şahin lent.az-a bildirib ki, onunla əməkdaşlığa başlayan M.Kamilov tamamilə dəyişəcək: "Mirkamilin təqdimatında heç vaxt görmədiyimiz yeni layihələr həyata keçiriləcək. Tam başqa bir ab-hava, gözəl zövq, gözəl mahnılar, yüksək keyfiyyətli aranjmanlar həyata keçiriləcək. Düşünürəm ki, onunla işbirliyimiz çox yaxşı alınacaq".
Milli.Az