Evdəki internetin zəifləməsi və ya noutbuk, planşet və ya smartfonla olduğunuz otağın yerindən asılı olaraq internet sürətinin dəyişməsi az qala hər birimizin qarşılaşdığı problemlər arasındadır.
Wi-Fi siqnalının intensivliyini müəyyənləşdirmək bəzən çox çətin prosesə çevrilir.
Lakin artıq çıxış yolu var.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, gənc amerikalı haker Çarlz Lor evdə Wi-Fi siqnalının gücünü və intensivliyini ölçməyə imkan verən qurğu hazırlayıb.
Qurğuya bərkidilmiş LED lampa Wi-Fi siqnalının intensivliyindən asılı olaraq rəngini dəyişir.
Lor yaratdığı qurğunu "radar sistemi" adlandırır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





