Bakıda qadına Sevgililər Günü 20-yə yaxın bıçaq niyə vuruldu? - FOTO

16 Fevral 2015 12:03
Bakıda Sevgililər Günü amansızlıqla öldürülən qadından xəbər var. İki gün əvvəl Buzovna qəsəbəsində, "Əli ayağı" ziyarətgahına gedən yolda meyidi tapılan naməlum qadının şəxsiyyəti məlum olub.

Xəzər Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, amansızlıqla qətlə yetirilən qadın 47 yaşlı Xatirə Rzayevadır. Onun badəninə 20-yə yaxın bıçaq zərbəsi vurulub. Qətli törədən şəxslərin kimliyi məlum deyil. Məlum olan odur ki, X.Rzayeva subay olub.

Anar Məmmədov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.