BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, Tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil müəssisələrinin rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Abituriyent" jurnalının 2014-cü ildəki 12-ci sayında dərc olunmuş "2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili"ni geniş şərh edib.Bakı Ali Neft Məktəbi 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb
№ | Ali təhsil müəssisəsi | Qəbulda orta bal |
1 | Bakı Ali Neft Məktəbi | 668.017 |
2 | Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | 601.554 |
3 | "ADA" Universiteti | 591.349 |
4 | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası | 578.450 |
5 | Azərbaycan Tibb Universiteti | 569.456 |
6 | Azərbaycan Dövlət Neft Akademiyası | 452.058 |
7 | Azərbaycan Dillər Universiteti | 433.060 |
8 | Bakı Dövlət Universiteti | 426.839 |
9 | "Qafqaz" Universiteti | 403.329 |
10 | Naxçıvan Dövlət Universiteti | 398.173 |