Aşıq Samirə ikinci dəfə ana olduqdan sonra 20 kiloqram arıqlayıb
Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən sənətçi buna necə nail olmasından danışıb:
"3 il bundan öncə ana olanda 78 kiloqram idim. İndi arıqlayıb 58 olmuşam. Açıq havada çox gəzirəm, yeməyimə fikir verirəm. Xüsusi pəhrizim yoxdur. Qida rasionuma çox kalorili yeməkləri daxil etmirəm. Artıq çəkim olanda özümə heç nəyi yaraşdıra bilmirəm. Əvvəl dəyişilməkdən qorxurdum, çünki hamı tərəfindən birmənalı qarşılanmır. Bundan sonra stilistlə çalışmağı düşünürəm. İmicimdə dəyişikliklər edəcəm. Eynilik tamaşaçını yorur".
Samirə heç vaxt bahalı geyim almadığını deyib:
"Yalandan deməyim ki, brendlərə üstünlük verirəm. Mənim maddi durumum buna uyğun deyil. Bəzi geyimlərimi endirim zamanı brend mağazalardan alıram. Səhnə geyimlərimdə əvvəllər modelyer Gülnarə Xəlilova ilə birgə işləyirdik. İndi isə butiklərdən alıram. Çox zaman isə tikdirirəm. Ən bahalı geyimim gəlinliyim olub. Onu Gülnarə Xəlilovaya 3 min manata tikdirmişdim. Bir paltarı çox geyinirəm. Mənim "libası bir dəfə geyinib atım kənara, mağazalara getməyim ki, tanınıram" kimi bir kompleksim yoxdur. Evimin bazarlığını da özüm edirəm". Milli.Az