Azərbaycanlı Emin: dünyanın ən yaxşı toy fotoqrafı - FOTO

12 Fevral 2015 12:18

Bakıda doğulan, sonra ailəsi Moskvaya köçən, indi ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı Emin Quliyev indi dünyanın ən məşhur toy fotoqraflarından biridir.
 

Milli.Az bildirir ki, Emin dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən fotoqrafiya ustası kimi tanınır.
 

O, 2008-ci ildə AGWPJA-nın "İlin ən yaxşı fotoqrafı", 2009-cu ildə WPJA-nın "İlin fotoqrafı", 2010-cu ildə ISPWP-nın "Son vaxtların ən yaxşı fotoqrafı", 2011-ci ildə isə WPJA-nın "Ən çox tanınan və məşhur fotoqraf" mükafatlarına layiq bilinib.
 

"Toylardakı ab-hava çox qəribə olur. Fotolarımı necə çəkdiyimi düşünməmişəm. Hər şey ani təəssürat, baxış, görüntü, emosiyalarla bağlıdır. Nəzarət yoxdur. Yalnız hisslər mənə "Vaxtdır!" deyəndə fotokameranın düyməsini basıram", - Emin Quliyev deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.