Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq

11 Fevral 2015 18:02

Azərbaycanın hər günü, hər ayı və hər ili yenilik, tərəqqi və inkişaf tarixinə çevrilir, ölkə həyatının bütün sahələrində fərəh və qürur doğuran hadisələr bir-birini əvəz edir, xalqımızın həyat səviyyəsi və güzəranı getdikcə yaxşılaşır, vətəndaşların gündəlik problemlərinin həllinə, onları narahat edən çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət və həssaslıqla yanaşılır. Dünyada gedən qlobal proseslər, iqtisadi, siyasi ziddiyyətlər, yer üzündə sülhə, əmin-amanlığa, sabit inkişafa mane olan regional, dini və etnik münaqişələr fonunda Azərbaycan stabil və davamlı tərəqqi yolunu davam etdirir.

Beynəlxalq nüfuzunu inamla artıran Azərbaycan dövləti bütün maneələrə baxmayaraq öz vətəndaşlarına diqqət və qayğını daha da gücləndirir. Bu baxımdan Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində qaldırılan məsələlərin öyrənilməsi, həll edilməsi, ümumiyyətlə, respublikada dövlət-vətəndaş münasibətlərinin formalaşmasında çox mühüm vasitə olan müraciətlərə baxılması vəziyyəti barədə ölkə ictimaiyyətinə məlumat verilməsi ənənəsinə sadiq qalaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2014-cü ildə bu sahədə görülmüş işlər barədə geniş təhlilini oxucularımızın diqqətinə çatdırırıq.

Unikal iqtisadi inkişafın açdığı geniş üfüqlər

Xalqlar və millətlər üçün ən şirin nemət olan azadlıq və müstəqilliyin daha bir ilini arxada qoyan, unikal iqtisadi inkişafı ilə dünyanı təəccübləndirən Azərbaycan Respublikasının qarşısında açılan quruculuq, inkişaf və tərəqqi üfüqləri getdikcə genişlənir. Dünyanı bürüyən regional münaqişələr, hətta böyük tarixə və iqtisadi potensiala malik oturuşmuş dövlətləri belə sınaqlara çəkən qlobal iqtisadi böhranlar fonunda Azərbaycanın sabit inkişafı çoxlarını heyrətləndirir. Ulu Tanrının ölkəmizə bəxş etdiyi zəngin yeraltı və yerüstü sərvətlərdən böyük ağıl və dərin zəka ilə son dərəcə səmərəli istifadə edən Azərbaycan dövləti və onun praqmatik Prezidenti bütün resursları bir məqsəd, bir amal uğrunda səfərbər edərək, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı və böyük çətinliklərlə nail olduğu müstəqilliyini qoruyub saxlayır, onu gündən-günə möhkəmləndirir, ölkəmizi yüksək inkişaf və tərəqqi yolları ilə qətiyyətlə irəli aparır. Bu böyük uğurların qazanılmasında Ulu öndərimiz Heydər Əliyevin müqəddəs arzularını, müstəqilliyimizi əbədiləşdirməyə yönəlmiş siyasi xəttini sonsuz cəsarət və inamla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır, bugünkü inkişaf və tərəqqiyə görə ilk növbədə onun böyük təşkilatçılıq qabiliyyətinə borcluyuq.

Xalqımız milli-mənəvi dəyərlərimizə söykənməklə Azərbaycanı müasirliyə, dünya mədəniyyətinə, iqtisadiyyatına böyük məharətlə inteqrasiya edən və onu sözün həqiqi mənasında dünyanın sabitlik adasına, inkişaf və tərəqqi məkanına çevirən dövlət rəhbərinə gördüyü işlərə görə minnətdardır, onun yeritdiyi daxili və xarici siyasəti ürəkdən dəstəkləyir. Ölkə Prezidentinin dediyi kimi, bu gün nadir inkişaf dövrünü yaşayan müstəqil Azərbaycanda düşünülmüş və müstəqil siyasət aparılır. Azərbaycan dünya siyasətində, xüsusilə regionda güclü mövqe tutan və söz sahibi olan, hər bir vətəndaşımızın, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, onun dostlarının, bütün türk dünyasının fəxr etdiyi, qürur duyduğu bir dövlətdir.
 

Azərbaycan Prezidenti dəfələrlə qeyd etmiş və qətiyyətlə sübut etmişdir ki, bizim ölkəmiz heç kəsin diktəsi ilə deyil, yalnız öz xalqının iradəsi ilə yaşayır, idarə olunur. Respublika Nazirlər Kabinetinin bu il yanvarın 10-da keçirilmiş 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı birmənalı olaraq demişdir: "Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir... Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir... Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir".

Müasir Azərbaycan dövlətinin dünyada və regionda nüfuzunu daim artıran, onun idarə olunmasını müasir dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə ölkənin iqtisadi potensialını, müdafiə qüdrətini gücləndirməyi əsas məqsəd kimi qarşıya qoymuşdur. Xalqın güzəranı yaxşılaşdıqca ölkənin beynəlxalq əhəmiyyəti daha da artır, ölkə rəhbərinin siyasi lider kimi hörməti gündən-günə yüksəlir. Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkədə həyata keçirilən böyük quruculuq işlərini dünyanın bir çox elmi tədqiqat mərkəzləri, nüfuzlu reytinq agentlikləri, dünya siyasətinin formalaşmasında mühüm rol oynayan tanınmış siyasi xadimlər, mətbuat orqanları da etiraf edirlər. Bu baxımdan Azərbaycanın son 11 ildə, o cümlədən böyük uğurla yola saldığımız 2014-cü ildə qazandığı nailiyyətlərə nəzər salmaq kifayətdir.

Bu gün Azərbaycan Respublikası regionda yüksək investisiya cəlbediciliyinə və makroiqtisadi sabitliyə malik olan bir ölkə hesab edilir. Dünya iqtisadiyyatının qiymətləndirilməsində xüsusi nüfuza malik Dünya Bankının "Doing Business-2014" hesabatına görə, Azərbaycan 198 ölkə arasında 70-ci yer tutmuş, bir çox bəndlər, o cümlədən biznesə başlama, əmlakın qeydiyyatı, investorların maraqlarının müdafiəsi və başqa parametrlər üzrə daha yüksək yerlərə çıxmışdır. Dünya İqtisadi Forumunun hazırladığı 2014-2015-ci illərdə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatına görə, Azərbaycan iqtisadiyyatı daha bir pillə irəliləyərək 144 ölkə arasında 38-ci yerə qalxmışdır və artıq 6 ildir ki, MDB ölkələri arasında bu sahədə 1-ci yerdədir. 2011-2012-ci illərin hesabatında isə Azərbaycan 55-ci yerdə idi.

Azərbaycanın 2014-cü ildə qazandığı nailiyyətləri ölkə Prezidenti respublika Nazirlər Kabinetinin il ərzində keçirilən iclaslarında, digər çıxış və müsahibələrində, həmçinin Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni 2015-ci il münasibətilə Azərbaycan xalqına müraciətində ətraflı şərh etmiş, əldə olunan böyük uğurları Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırmışdır.
 

Ötən ili "Sənaye ili" elan etmiş ölkə Prezidenti bu sahədə qazanılan uğurların üzərində xüsusi dayanmışdır. Ölkə iqtisadiyyatını şaxələndirmək, onun neftdən asılılığını minimuma endirmək üçün böyük səylər göstərən Prezident İlham Əliyev ən müasir texnologiyaların gətirilməsini və yüksək rəqabət qabiliyyətli məhsulların istehsalını mühüm vəzifə kimi qarşıya qoymuşdur.Prezident ölkənin əsas ərzaq məhsulları ilə təminatında olduğu kimi, sənaye məhsulları, o cümlədən tikinti materialları ilə təchizatında da özünütəminetmə prinsipinin həyata keçirilməsini vacib hesab edir. Bu baxımdan ildə 2 milyon ton sement istehsal edə bilən və Cənubi Qafqazda bu sahədə ən iri müəssisə olan "Norm" sement zavodunun istifadəyə verilməsini qeyd etmək lazımdır. Bu zavod respublikanın daxili tələbatını tam ödəyəcək, hətta sement ixracına imkan yaradacaqdır.
 

"Sənaye ili"ndə ölkə Prezidentinin təsdiq etdiyi Dövlət proqramı əsasında regionların sosial-iqtisadi inkişafında böyük irəliləyişlər olmuş, il ərzində dövlət başçısının respublika regionlarına etdiyi 23 səfərində ölkənin müxtəlif şəhər və rayonlarında 78 obyektin açılışı həyata keçirilmişdir. 2014-cü ildə ölkə Prezidenti Bakı şəhəri də daxil olmaqla bütövlükdə respublikada 99 yeni obyektin açılış mərasimində iştirak etmişdir. Həmin obyektlər arasında 24 mərkəz, 14 müəssisə, zavod və fabrik, 13 mədəniyyət, incəsənət obyekti, 10 təhsil müəssisəsi, 3 şəhərdə qaçqın və məcburi köçkünlər üçün yaşayış məhəllələri və qəsəbələri, hərbi obyektlər, yollar və yol qovşaqları, hava limanı, dəmiryol vağzalı, avtovağzal, körpü və yeraltı keçidlər, su anbarları, su və günəş elektrik stansiyaları, istilik yarımstansiyası, yeni inzibati binalar, həmçinin rayonlarda içməli su xətləri və sair vardır.
 

Bu da qeyd edilməlidir ki, ölkə Prezidentinin regionlara səfərləri o qədər intensiv xarakter almışdır ki, bəzən bir bölgəyə bir neçə səfər edilmişdir. Həmin səfərlər zamanı vətəndaşlar öz şəhər və rayonlarında görülən böyük quruculuq işlərinə görə cənab Prezidentə minnətdarlıqlarını ifadə etmiş, arzu və təkliflərini çatdırmışlar.
 

2013-cü ildə kosmik dövlətlər sırasında yer almış Azərbaycan "Azərspace" peykindən sonra 2014-cü ilin sonunda ikinci "Azərsky" peykini də orbitə çıxarmışdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, dünyada cəmi 20 ölkənin belə peykinin olması xüsusi əhəmiyyət daşıyır, çünki yer səthini çox yüksək dəqiqliklə müşahidə edən bu peyk bundan sonra uzun illər Azərbaycanın milli maraqlarına xidmət edəcəkdir.
 

2014-cü ilin xüsusi diqqət çəkən uğurlarından biri "Əsrin müqaviləsi"nin 20-ci lidönümündə əsası qoyulan və dünyada ən böyük iqtisadi layihələrdən biri hesab olunan "Cənub" qaz dəhlizi layihəsidir. Bu layihə ölkəmizin iqtisadiyyatına böyük investisiyalar qoyulmasına təkan verməklə yanaşı, Avropanın enerji təminatında Azərbaycanın bundan sonra da uzun illər mühüm yer tutacağını bir daha təsdiq etmişdir.

2014-cü ildə Azərbaycanın qeyri-neft sektoru 7 faiz artmışdır. Ölkə iqtisadiyyatına bütövlükdə 27 milyard ABŞ dolları miqdarında investisiya qoyulmuş və bunun 16 milyard dollarını daxili, 11 milyard dollarını xarici investisiyalar təşkil etmişdir. Ölkənin valyuta ehtiyatları 53 milyard dollara çatmış, xarici borcu onun ümumi daxili məhsulunun cəmi 8 faizini təşkil etmişdir. Ötən il Azərbaycan əhalisinin pul gəlirləri 5 faizədək artmış, inflyasiyanın həcmi isə cəmi 1,4 faiz olmuşdur. Əhalinin güzəranı, məcburi köçkünlərin mənzil-məişət şəraiti xeyli yaxşılaşdırılmış, 20 mindən artıq məcburi köçkün yeni evlərlə təmin olunmuşdur və bu böyük işlər davam etdirilir.
 

Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun yaxşılaşmasına müstəqillik illərində, xüsusilə 2003-cü ildən sonrakı dövrdə çox böyük investisiyalar qoyulmuşdur. Ölkəmizin ərazisindən keçən İpək yolunun tərkib hissəsi olan nəqliyyat marşrutları istifadəyə verilmişdir ki, həmin layihələrin müsbət nəticələri artıq Azərbaycan iqtisadiyyatında özünü göstərməkdədir. Azərbaycan, sözün əsl mənasında, böyük tranzit ölkəyə çevrilmişdir. Təkcə 2014-cü ildə Azərbaycan ərazisində 58,2 milyon ton yük, o cümlədən 12,8 milyon ton tranzit yük, 307,3 milyon nəfər sərnişin daşınması həyata keçirilmiş, yükdaşımalardan 531 milyon manat, sərnişin daşımalarından isə 120,4 milyon manat gəlir əldə edilmişdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hələ birinci mərhələsinin istifadəyə verilməsinə baxmayaraq, ilk mərhələdə bu liman vasitəsilə 10 milyon ton yük daşınmasının həyata keçirilməsi, eyni vaxtda 2 bərənin qəbul edilməsi və 50 min irihəcmli konteynerin boşaldılması mümkün olmuşdur. Növbəti mərhələdə 25 milyon ton yükün və 1 milyon ədəd irihəcmli konteynerin daşınmasına imkan verəcək bu limanın yaxın vaxtlarda Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər gətirəcəyinə heç bir şübhə yoxdur.
 

Azərbaycan dövlətinin yeritdiyi siyasətin sosialyönümlü olması artıq çoxdan sübut olunmuşdur. Dövlətin əldə etdiyi iqtisadi nailiyyətlərin vətəndaşların rifahının yüksəldilməsinə yönəldilməsi ölkə Prezidentinin siyasətində prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin əksər çıxışlarında qeyd edildiyi kimi: "Bizim siyasətimizin təməlində müstəqillik dayanır, ədalət dayanır, cəsarət dayanır. Biz bütün addımlarımızı Azərbaycan xalqının maraqlarına xidmət etmək üçün atırıq. Azərbaycanın maraqları hər şeydən üstündür, hər bir vətəndaş üçün də hər şeydən üstün olmalıdır". Dövlət rəhbərinin bütün fəaliyyəti insanların rifahının daha da yüksəlməsinə, Azərbaycan dövlətinin iqtisadi və müdafiə qüdrətinin artırılmasına yönəldilmişdir və cənab Prezident dəfələrlə qeyd etmişdir ki, "Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradır və yaratmalıyıq".

Əhalinin köməyə ehtiyacı olan təbəqələri də diqqətdən kənarda qalmamış, xüsusilə respublikanın internat məktəblərində təhsil almış kimsəsiz məzunlar üçün tikilmiş 120 mənzilli binanın yeni il ərəfəsində onların istifadəsinə verilməsi, həmçinin daha 2 belə binanın bünövrəsinin qoyulması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış, uşaq müəssisələrində yaşayan 9 mindən çox uşağın həyat şəraiti xeyli yaxşılaşdırılmış, Buzovnadakı uşaq sanatoriyası əsaslı təmir edilmiş, müharibə və əmək veteranlarının, mədəniyyət və incəsənət xadimlərinin, elm və təhsil işçilərinin təminatı gücləndirilmiş, respublika jurnalistlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 2-ci yaşayış binasının tikilməsi üçün vəsait ayrılmışdır.
 

2014-cü ilin son günlərində ölkə Prezidentinin respublikanın Birinci xanımı Mehriban Əliyeva ilə birlikdə açılışında iştirak etdikləri çoxsaylı obyektlər respublikanın paytaxtı Bakı şəhərinin mənzərəsinə yeni gözəllik bəxş etmişdir. Dövlət Neft Fondunun 22 mərtəbəli yeni binasının, Qafqaz regionunda ən böyük məscid olan Heydər məscidinin, Ziya Bünyadov prospektindəki körpülərin və yol qovşaqlarının istifadəyə verilməsi, uzun illər "Qara şəhər" kimi tanınan böyük bir ərazinin qısa müddətdə abadlaşdırılması və bu işlərin gündən-günə daha böyük vüsət alması, "Ağ şəhər" layihəsi çərçivəsində həmin ərazidə ən yüksək memarlıq tələblərinə cavab verən binaların və parkların tikintisi, Bakı Bulvarının daha 5 km uzadılması, şəhərin Xətai, Nərimanov, Nəsimi, Səbail, Yasamal və digər rayonlarında ən müasir üslubda salınmış yeni parkların açılması vətəndaşların böyük sevincinə səbəb olmuşdur.
 

2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işləri bu oyunların Təşkilat Komitəsinin sədri, respublikanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə böyük sürətlə davam etdirilir, dünya standartlarına cavab verən çoxsaylı idman obyektlərinin tikintisi və istifadəyə verilməsi artıq yekunlaşdırılır.Görülən hazırlıq işləri sübut edir ki, Azərbaycan bu oyunlara ən yüksək səviyyədə ev sahibliyi edəcək və nəzərdə tutulmuş bütün tədbirlər vaxtında həyata keçiriləcəkdir.
 

2014-cü il Azərbaycan üçün beynəlxalq münasibətlərini daha da yaxşılaşdırmaq və genişləndirmək baxımından da uğurlu olmuş, ölkə Prezidentinin xarici ölkələrə səfərləri, müxtəlif sammit və forumlarda, digər mühüm tədbirlərdə iştirakı ölkəmizin beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsində, Azərbaycanın mövqelərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.
 

Ölkə Prezidentinin ötən il gördüyü işlərdən bəhs edərkən onun imzaladığı, Azərbaycan dövlətinin idarə olunmasında böyük əhəmiyyət kəsb edən qanun, fərman və sərəncamları xüsusi qeyd etmək lazımdır. 2014-cü ildə Azərbaycan Prezidentinin imzaladığı 264 qanun, 350 fərman və 766 sərəncam əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, qanunvericilik bazasının təkmilləşdirilməsinə, hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəldilmişdir. Bu aktların bir çoxu humanist məqsədlər daşımış, dövlət başçısının təkcə əfv məsələlərinə dair imzaladığı 3 sərəncamla 342 məhkum əfv olunmuşdur.
 

Azərbaycanın dövlət idarəçiliyində "ASAN xidmət" adlı qurumun yaradılmasını, artıq 7 mərkəzi olan bu xidmətə 3 milyon 500 min müraciət edildiyini xüsusi diqqətə çatdıran ölkə Prezidenti qısa müddətdə nə qədər böyük nailiyyətlər, irəliləyişlər əldə edildiyini, bu xidmətin korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə vasitəsi olduğunu xüsusi qeyd etmişdir.
 

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir və onun iqtisadi sıçrayışı hamıda maraq doğurur, tolerantlığı, seçdiyi inkişaf yolu, yeritdiyi xarici siyasət, ölkədə idarəetmə sistemində tətbiq olunan yeniliklər maraqla izlənilir. Cənab Prezidentin Azərbaycan xalqına Yeni il təbrikində qeyd etdiyi kimi: "Dünyada Azərbaycanın nadir rolu yüksək qiymətləndirilir. Azərbaycan sivilizasiyalararası bir körpüdür. Həm coğrafi, həm siyasi, həm bütün başqa cəhətlərdən Azərbaycan nadir bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Əminəm ki, başqa ölkələrdə Azərbaycan təcrübəsi tətbiq olunduqda o ölkələrdə də dinlərarası, millətlərarası münasibətlər sağlam zəmində öz həllini tapacaqdır". Bu ilin yanvar ayında Avropanın aparıcı dövlətlərindən sayılan Fransada baş verən faciəli hadisələr göstərdi ki, bütün dünyaya demokratiya, tolerantlıq dərsi keçən ölkələr həqiqətən ölkəmizdə hökm sürən sabitliyə, dini dözümlülüyə qibtə edə bilərlər.
 

Azərbaycanın qazandığı nailiyyətlər dünyanın aparıcı mətbuat orqanları, televiziya proqramları və tədqiqat mərkəzləri tərəfindən diqqətlə izlənilir və bu barədə dünyanın ən müxtəlif ölkələrində çoxsaylı materiallar dərc olunur. Bu baxımdan ölkə Prezidentinin mətbuatla ünsiyyətə həmişə diqqət göstərməsi, Azərbaycan həqiqətlərini və ölkədəki real vəziyyəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün müsahibələr verməsi diqqəti cəlb edir. Məsələn, 2014-cü il noyabrın 28-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin "Rossiya-24" informasiya telekanalına verdiyi müsahibə böyük maraqla qarşılanmışdır. Bu müsahibədən Rusiyada yaşayan minlərlə soydaşımızla yanaşı, bütün Rusiya vətəndaşları da Azərbaycan haqqında daha real təsəvvür əldə etmişlər və təbiidir ki, Azərbaycanın bu nailiyyətləri bütün soydaşlarımızda qürur hissi oyatmışdır.
 

Belə materiallar təkcə Rusiya kütləvi informasiya vasitələrində dərc olunmur. Məsələn, ABŞ-ın aparıcı "The Washington Times" qəzetində Konqresin Nümayəndələr Palatasının sabiq üzvü Den Barton "Azərbaycan ABŞ və azad dünya üçün niyə vacib ölkədir?" adlı məqaləsində əhalisinin 96 faizi müsəlman olan ölkənin qarşılıqlı anlaşmaya və tolerantlığa sadiqliyini, bunun bütün dünyaya nümunə olduğunu, Azərbaycanın hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl qadınlara seçib-seçilmək hüququ verdiyini vurğulamış, ABŞ-ın və dünyanın başqa ölkələrinin Azərbaycan kimi dostlara ehtiyacı olduğunu xüsusi qeyd etmişdir.
 

Amerikanın "Foreign Policy News" xəbər portalında beynəlxalq ekspert Piter Teyzin "Azərbaycanda sanballı iqtisadi artım və quruculuq işləri davam edir" sərlövhəli məqaləsində respublikamızda həyata keçirilən quruculuq işlərinə, yolların, su anbarlarının və sair infrastruktur obyektlərinin istifadəyə verilməsinə, bütövlükdə iqtisadiyyata böyük vəsait ayrılmasına xüsusi diqqət yetirilir. Belə materiallar Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Pakistan, İsrail, Serbiya, Ukrayna və digər ölkələrin mətbuatında da vaxtaşırı dərc olunur. Onların bəzilərinin təkcə sərlövhələrinə baxmaq kifayətdir ki, Azərbaycana beynəlxalq aləmdə olan münasibət barədə təsəvvür yaransın.
 

Dünya mətbuatında dərc olunan həmin məqalələrdə əsasən Azərbaycanın sürətli iqtisadi inkişafına, burada keçirilən müxtəlif beynəlxalq humanitar forumlara, idman yarışlarına və digər tədbirlərə diqqət yetirilir və bu inkişaf bilavasitə ölkə rəhbərliyinin düzgün siyasəti ilə əlaqələndirilir. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu yüksək qiymətləndirilir. Hətta bəzi ölkələrdə, məsələn, İtaliyada Azərbaycan Tədqiqatları Mərkəzi yaradılmışdır. Bunlar Azərbaycana marağın dönmədən yüksəldiyinin sübutudur. Hər il Azərbaycanda keçirilən beynəlxalq humanitar forumlarda iştirak edən dünyaca məşhur Nobel mükafatı laureatlarının və digər tanınmış şəxslərin ölkəmiz haqqında dünya mətbuatında dərc olunan məqalə və çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticələri yüksək qiymətləndirilir və təqdir olunur.

Azərbaycan Respublikasının misilsiz uğurlarına ölkəmizin vətəndaşları və dünyadakı soydaşlarımız da biganə qalmır, öz ürək sözlərini bildirməyi unutmur, bunu cənab Prezidentə ünvanladıqları məktub və teleqramlarında ifadə edirlər.
 

Xalqın sözü, xalqın səsi olan minnətdarlıq məktubları

Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olan müraciətlərin böyük bir qismini minnətdarlıq məktubları təşkil edir. Bu məktublarda Azərbaycanın və başqa ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız ölkəmizin sosial-iqtisadi inkişafına və əldə olunan uğurlara, dövlətimizin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətə, ayrı-ayrı insanlara və çətinliklə üzləşmiş şəxslərə göstərilən köməyə və qayğıya görə ölkə başçısına minnətdarlıq etməyi özlərinə borc bilirlər.
 

İlk növbədə qeyd etmək lazımdır ki, ölkə Prezidentinin ünvanına daxil olan müraciətlərin əksəriyyətində vətəndaşlar görülən işlərə görə razılıqlarını ifadə edir, Azərbaycan dövlətində yaşadıqlarına, bu dövlətin vətəndaşları olduqlarına görə fəxr etdiklərini yazırlar.

İsmayıllı rayonunun Basqal qəsəbəsindən Miryavər Hüseynovun fikirləri ölkə vətəndaşlarının öz dövlət rəhbərinə münasibətini əks etdirmək baxımından səciyyəvidir. O yazır: "Möhtərəm Prezident! Dünyanın, zamanın çox üzünü görmüş ağsaqqal kimi deyirəm ki, bu qədər böyük işləri görmək, bu inkişafa nail olmaq yalnız öz yurduna və xalqına böyük sevgisi olan rəhbərin sayəsində mümkündür. Biz çox şadıq ki, bu müsbət cəhətlərin hamısı Sizdə cəmləşir. Ay oğul, gördüyün işlərə görə çox sağ ol. Allah köməyin olsun".

Məktubların əksəriyyətində müasir müstəqil Azərbaycan Respublikasının memarı, Ulu öndər Heydər Əliyevin xalqımızın taleyindəki böyük rolu və müdrik tarixi addımları bir daha xatırlanır, ruhuna dərin ehtiram ifadə olunur.
 

Tovuz rayonunun Xatınlı kəndindən olan el ağsaqqalı, təqaüdçü müəllim Cabir Hüseynov ölkə Prezidentinə ünvanladığı məktubunda yazır: "Mən ömrümün son 21 illik dövrünü həyatımın ən bəxtiyar illəri hesab edirəm. Ulu öndərimizin qurduğu müstəqil dövlətdə yaşamaq böyük bəxtiyarlıqdır... Heydər-Xalq birliyi indi də yaşayır və İlham-Xalq birliyində öz gücünü göstərir. İnşallah, rəhbərlik etdiyin dövlətimiz və xalqımız hələ çox bəxtiyarlıqlara qovuşacaqdır. Çünki onun keşiyində dayanan İlham Heydər oğludur".

Xalqın öz Prezidentinə böyük inamı hər bir məktubda hiss olunur.Ötən ilin avqust ayında qoşunların təmas xəttində ermənilər tərəfindən atəşkəsin növbəti dəfə pozulması və vəziyyətin gərginləşməsi zamanı daxil olmuş yüzlərlə məktubda bunu əyani şəkildə görmək mümkündür. Vətəndaşlar düşmənə layiqli cavab verərək onu yerində oturdan qüdrətli ordumuza və həmin ərəfədə cəbhə bölgəsinə gedərək hərbçilərlə görüşən və vəziyyətlə yerində tanış olan cənab Ali Baş Komandanımıza güvəndiklərini yazır, yaşından, sosial vəziyyətindən və fiziki durumundan asılı olmayaraq hər kəsin silaha sarılaraq Vətənin müdafiəsinə qalxmağa hazır olduğunu bildirirlər.
 

Bakı şəhərinin Xətai rayonundan R.Dadaşovun, Xəzər rayonundanR.Rzayevin, Nərimanov rayonundan S.Abbasova və M.Əlizadənin,Sabunçu rayonundan Ə.Məmmədov və F.Kərimbəylinin, Suraxanı rayonundan L.Əhmədovun, Yasamal rayonundan E.Tarverdiyevin,Naxçıvan şəhərindən E.Novruzovun, Gəncə şəhərindən İ.Cavadov və Q.Zeynalovun, Naftalan şəhərindən S.Rüstəmovun, Sumqayıt şəhərindən M.Kərimov və F.Məmmədovun, Ağcabədi rayonundanN.Aslanovun, Ağdam rayonu Şükürağalı kəndindən Ə.Rzayevin, Ağdaş rayonundan İ.Beydullayev və M.Məmmədovun, Bərdə rayonundanR.Nuriyevin, Kəlbəcər rayonu Aşağı Şurtan kəndindən A.Həsənovun,Qəbələ rayonu Aydınqışlaq kəndindən H.Əhmədovun, Saatlı rayonundan Y.Nəsibov və G.Əhmədovun, Zərdab rayonundanN.Yediyarovun, digər şəhər və rayonlardan bir çox başqalarının məktublarını buna misal göstərmək olar.

Həmin dövrdə öz qeyri-dəqiq informasiyaları ilə cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan bəzi mətbuat orqanları və internet saytları əsl həqiqəti düşmənlə üz-üzə dayanan və hadisələrin canlı şahidi olan sadə insanların məktublarından oxusaydılar, məsələyə daha obyektiv yanaşardılar.
 

Tovuz rayonunun Əlibəyli kəndindən M.Qasımov, V.Rzayev və başqalarının o günlərdə yazdıqları məktubda deyilir: "Son vaxtlar xain düşmənlərimizin kəndimizi güllə-borana tutmalarına baxmayaraq, əhali gündəlik işi ilə məşğuldur. Şanlı ordumuz düşmənə layiqli cavab verərək onları susdurur, bizim təhlükəsizliyimizi təmin edir. Yaşasın Prezidentimiz! Yaşasın Azərbaycan dövləti! Ordumuza eşq olsun!".
 

Ağdam rayonunun Güllücə kəndindən S.Quliyevin, Qazax rayonunun Abbasbəyli kəndindən İ.Abdullayevin, Bala Cəfərli kəndindən İ.Əliyev, Ə.Vəliyev, İ.Əhmədovun və bir çox başqalarının məktubları da bu qəbildəndir.
 

Xarici ölkələrdə yaşayan soydaşlarımız da baş verən hadisələrə münasibətlərini bildirmişlər. Rusiyanın Moskva şəhərindən S.Quliyevin,Krasnoyarsk şəhərindən Ç.Əliyevin, Almaniyanın Köln şəhərindənA.Ağayevin, Qırğızıstanın Bişkek şəhərindən Ə.Əliyev və başqalarının məktubları həmrəyliyimizin bir nümunəsidir.
 

Bu hadisələrə Türkiyənin müxtəlif şəhərlərində, habelə ölkəmizdə yaşayan türk vətəndaşlarından da münasibət bildirilmiş, onlar cənab Ali Baş Komandanın əmri olarsa, Azərbaycan uğrunda vuruşmağa hazır olduqlarını göstərmişlər. İstanbul şəhərindən B.Atak yazır: "Ali təhsilli iş sahibiyəm, ailəliyəm. Ancaq Ermənistan ilə müharibə başlayarsa, Türkiyədə yaşayan və Qarabağ uğrunda döyüşməyə hazır olan igid türklərdən biriyəm. Sizə bildirmək istəyirəm ki, burada Azərbaycan üçün canını verməyə hazır olan minlərlə insan vardır". Ankara şəhərindən A.Ustaoğlu isə bildirir: "Əmin olun ki, Siz tək deyilsiniz. Əgər Azərbaycan müharibəyə başlayarsa, biz də Sizin əsgərlərinizik".

Qeyd etmək istərdik ki, belə məktubların bir çoxunda səslənən "Hər an döyüşə hazırıq, cənab Ali Baş Komandan", "Əmrinizə müntəzirik, cənab Prezident!" ifadələri ölkə başçısının böyük nüfuzundan, xalqla iqtidar arasında hökm sürən möhkəm birlikdən, dövlətimizin qüdrətindən və xalqımızın böyük vətənpərvərliyindən xəbər verir. Cənab Prezident Ağdamdakı hərbi hissədə hərbçilərlə görüşdə bu məsələni xüsusi vurğulayaraq deyir: "Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün beynəlxalq sammitlərdə və forumlarda öz fəallığı və cəsarətli çıxışları ilə seçilir, Azərbaycanın haqq səsini ən yüksək tribunalardan qətiyyətlə deyir, həmçinin təkcə Azərbaycanın deyil, qardaş türk xalqının da mənafeyini müdafiə etməyi bacarır. 2014-cü il aprelin 24-də Praqa şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5-ci ildönümunə həsr olunmuş sammitdə Türkiyənin iştirak etməməsindən istifadə edən Ermənistan prezidentinin Türkiyənin ünvanına səsləndirdiyi hədyanlara Azərbaycan Prezidentinin "... Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm" cavabı bütün türk dünyasında alqışlanmış, bu qətiyyətli cavabla əlaqədar Azərbaycan Prezidentinin ünvanına həm Azərbaycandan, həm də Türkiyənin bir sıra şəhərlərindən çoxsaylı minnətdarlıq və təşəkkür məktubları daxil olmuşdur.
 

Türkiyənin Qaziantep şəhərindən S.Demirkıran bunları yazır: "Praqa Sammitində Ermənistan prezidentinə verdiyiniz cavab Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını dünyaya nümayiş etdirdi. Bu, əsl qardaşlıq, əsl dostluq nümunəsidir. Türkiyə vətəndaşı olaraq ölkəmi müdafiə etdiyinizə görə Sizə təşəkkürümü bildirir, qətiyyətinizdən, cəsarətinizdən qürur duyuram. Allah Sizin kimi liderlərimizi başımızın üstündən əskik etməsin. Qardaşlığımızın daimi və möhkəm olmasını sübut edən bu addımınız ortaq türk tariximizin heç vaxt yaddan çıxmayacaq səhifələrindən biridir. Qəlbimin dərinliklərindən gələn səmimiyyətlə deyirəm: Eşq olsun Sizə!".
 

Azərbaycan Prezidentinin xalqımız qarşısındakı misilsiz xidmətlərinə, onun çoxşaxəli və yorulmaz fəaliyyətinə olduqca müsbət qiymət verilməsi minnətdarlıq məktublarının əsas mövzusunu təşkil edir.

Suraxanı rayonunun Hövsan qəsəbəsindən M.Əhmədov öz məktubunda ölkə başçısının gənclər üçün qürur mənbəyi, örnək olduğunu vurğulayır: "Biz Sizin inkişaf etmiş Azərbaycan yaratmaq istiqamətindəki fəaliyyətinizi bəyənir və dəstəkləyirik. Sizin söylədiyiniz "Xalqın bir nömrəli xidmətçisi mən özüməm" fikri biz gənclərin də üzərinə şərəfli bir vəzifəni - güclü Azərbaycan naminə var qüvvə ilə çalışmaq vəzifəsini qoymuşdur".
 

Şəmkir rayonundan T.Əliyev ölkə başçısının misilsiz xidmətlərindən ruhlanaraq sosial şəbəkələrdə, xüsusilə də "Facebook"da "Mən fəxr edirəm ki, azərbaycanlıyam", "Heydər Əliyev və Azərbaycan", "Yeni Azərbaycan Partiyasının Ümumi Qərargahı" adlı qruplar yaradaraq dünya ictimaiyyətində Azərbaycan haqqında doğru təsəvvür formalaşdırmağa çalışdığını bildirir, bunu özünün şərəfli missiyası hesab edir.
 

Ümumiyyətlə, gənc nəslin Vətənimizə, tariximizə, mədəniyyətimizə, təbiətimizə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirən Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığı ilə ötən il IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya da məhz bu amala xidmət edirdi. Avqust-noyabr aylarında təşkil edilən tur-aksiyanın birinci və ikinci mərhələsində yüzlərlə şagird və müəllim iştirak etmişdir.
 

Astara rayonunun Kijəbə qəsəbəsindən A.Kişiyev bununla bağlı dövlətimizin başçısına ünvanladığı məktubunda yazır: "Biz-Astara məktəbliləri ölkəmizin qərb bölgəsinə səfər edərək həm qədim tarixi abidələrimizlə, həm də müstəqil Azərbaycanımızın son illərdə qazandığı uğurlarla əyani tanış olduq. Cənab Prezident! Bu, Sizin ölkə gənclərinə göstərdiyiniz qayğı və diqqətin daha bir parlaq nümunəsidir, sağ olun!".
 

Bakı şəhərinin Pirallahı rayon məktəbliləri Z.Tağıyeva, N.Zeynalov, F.Allahverdiyeva, S.Abdullayev və başqaları bu münasibətlə yazırlar: "Doğma Azərbaycanımızın bölgələrini görmək və ölkəmizi daha da yaxından tanımaq üçün biz şagirdlərə yaratdığınız şəraitə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Söz veririk ki, dərslərimizə daha məsuliyyətlə yanaşacaq, Vətənimizin layiqli övladları olmağa çalışacağıq".
 

Respublika əhalisinin sağlamlığına xüsusi əhəmiyyət verən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevralın 17-dən mayın 1-dək respublikada əhalinin tibbi müayinədən keçirilməsi və həmin aksiyanın artıq hər il davam etdirilməsi də vətəndaşlar tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanmış, ölkə Prezidentinin xeyirxah və humanist aksiyası kimi qiymətləndirilmişdir.

Səhiyyə məsələlərinə dair daxil olmuş bir çox müraciətdə vətəndaşlar ağır cərrahiyyə əməliyyatlarının aparılmasına, müalicə, dərman preparatları ilə təmin olunmağa kömək göstərilməsinə görə razılıq edirlər. Nərimanov rayon sakini M.Atababayev iflic olmuş iki qızının Ukraynanın Yevpatoriya Uşaq Klinik Reabilitasiya Mərkəzində müalicəsinə, Astara rayon sakini Ə.Nəsirov oğlunun "Neftçilər" xəstəxanasında ürək əməliyyatına edilən köməyə görə öz minnətdarlıqlarını bildirmişlər. Göstərilən məsələlərlə əlaqədar minnətdarlıq məktubları, həmçinin Bakının Qaradağ, Nəsimi, Nizami, Səbail rayonlarından, Naxçıvan Muxtar Respublikasından, Ağsu, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Samux, Siyəzən, Şabran, Şamaxı, digər şəhər və rayonlardan da daxil olmuşdur.
 

2013-cü ilin aprel ayından başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulları da məhz ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilmişdir. Bu qəbullar vətəndaşları narahat edən aktual problemlərin yerində baxılaraq aradan qaldırılmasına yönəlmişdir. Respublika nazirlərinin, komitə sədrlərinin və digər vəzifəli şəxslərin müəyyən edilmiş qrafik üzrə respublikanın müxtəlif bölgələrində vətəndaşları bilavasitə qəbul edib dinləməsi hamının ürəyindən olmuş, uzaq rayonlardan respublika paytaxtına gəlmək əziyyətindən xilas olmuş insanlar bu barədə ölkə Prezidentinə çoxsaylı minnətdarlıq məktubları göndərmişlər. Belə məktublar bu gün də müntəzəm daxil olmaqdadır.
 

Tərtər rayonunun Qaradağlı kəndindən M.Nəcəfovun cənab Prezidentə ünvanladığı məktubda bu qəbulların vaxtında atılmış addım olduğu və yerlərdə razılıqla qarşılandığı diqqətə çatdırılır: "Sizin tapşırığınız əsasında nazirlərin və komitə sədrlərinin, habelə digər qurumların rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbul etməsi, problemlərin dərhal yerində həll edilməsi, yaxud bunun üçün müvafiq göstərişlər verilməsi ürəyimizcədir".
 

Regionların sosial-iqtisadi inkişafı və tikinti-quruculuq işləri ilə bağlı minnətdarlıq məktubları da çoxdur. Bakı şəhərindən Gülarə CabbarlıXızı rayonunda görkəmli yazıçı və ictimai xadim Cəfər Cabbarlının adını daşıyan parkın yenidən qurulmasına, Binəqədi rayonundan A.Ağayev, R.Cənnətəliyev, C.Həsənzadə və başqaları Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsindən keçən hissəsinin genişləndirilməsinə və yol boyu ağacların əkilməsinə, Pirallahı rayonundan F.Məhəmmədov, O.Əhmədov, H.Rüstəmov və başqaları yeni yaradılmış rayonda qısa müddət ərzində infrastrukturun yaxşılaşdırılmasına, o cümlədən orta məktəblərin təmirinə, çörək zavodunun tikintisinə, yaşıllıqların salınmasına və insanları narahat edən digər problemlərin həllinə, Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsindən İ.Tağıyev, R.Tağıyeva, M.Hüseynov, X.Abuzərova və başqaları qəsəbədə fəaliyyət göstərən orta məktəb binalarının əsaslı təmirdən sonra açılışına, Naftalan şəhərindənS.Muradov yeni müalicə və istirahət mərkəzlərinin, mehmanxanaların tikilməsinə, Naftalanın kurort şəhəri kimi dünyaya tanıdılmasına, Ağstafa rayonundan A.Əliyev, N.Kərimova, Y.İsmayılov, Ş.Babayeva və başqaları Uşaq Musiqi Məktəbi üçün yeni, müasir binanın tikintisinə və rayon Mədəniyyət evində əsaslı təmir işlərinin aparılmasına, Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən F.Kəlbiyev, Neftçala rayonunun Kürkənd kəndindən A.Soltanova, P.Novruzova, R.Quliyev, R.Dadaşov,Yardımlı rayonunun Solqard və Zenqaran kəndlərindən K.Mövsümov, S.Babayeva, Ş.Mustafayev, Ə.Xosiyev və başqaları yeni orta məktəb binalarının inşasına, İsmayıllı rayonundan Ə.Balayev, H.Haqverdiyev, N.Əliyev və başqaları Lahıc qəsəbəsində və Lerik rayonunun Veri kəndindən Ə.İbrahimov Veri-Piran avtomobil yolunun keçdiyi Davradibi çayının üzərində körpünün salınmasına, Saatlı rayonundan Ə.Əkbərov Mərkəzi Rayon Xəstəxanası binasının tikintisinin başa çatdırılaraq istifadəyə verilməsinə, Sabirabad rayonundan B.Əhmədov, M.Quliyev, H.Cəlilov, Ə.Rəhimov və başqaları kollektorların qısa müddətdə müasir texnikaların köməyi ilə təmizlənməsinə görə ölkə başçısına təşəkkürlərini çatdırırlar.
 

Binəqədi rayonundan İ.Mankovskayanın, Xəzər rayonunun Mərdəkan qəsəbəsindən C.Hətəmovun, Sabunçu rayonunun Nardaran qəsəbəsindən Ə.Mirzəyevin, Səbail rayonunun Badamdar qəsəbəsindən Z.Vəliyevanın, Şərur rayonunun Çərçiboğan kəndindənElşən Hüseynovun, Gəncə şəhərindən Elvin Hüseynovun, Mingəçevir şəhərindən Qarabağ müharibəsi veteranı S.Kərimovun, Şirvan şəhərinin Bayramlı qəsəbəsindən R.Qafarovun, Şəki şəhərindənİ.İsmayılzadənin, Abşeron rayonunun Xırdalan şəhərindənS.Ağayevanın, Ağcabədi rayonunun Şənlik kəndindən Q.Behbudovun,Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən T.Abbasovun,Göyçay rayonundan E.Şıxəliyevin, Hacıqabul rayonundanS.Ələsgərovun, X.Rəcəblinin, R.Nəcəfovun, B.İmanovun, İmişli rayonunun Cəfərli kəndindən T.Cəfərov, R.Ağayev və M.Ələsgərovun,Kürdəmir rayonunun Xırdapay kəndindən S.Süleymanovanın, Qax rayonunun Şıxlar kəndindən T.Abdullayevin, Qəbələ rayonundanT.Ağayev və C.Qaçayevin, Qobustan rayonundan R.Rəhimovun,Masallı rayonunun Qızılavar kəndindən R.Məmmədovun, Sabirabad rayonundan K.Qədirovun, Siyəzən rayonundan A.Kərimovanın, Şamaxı rayonundan Ş.Nuriyevin, Tərtər rayonundan Q.Kərimovun, M.İbrahimovun, Ucar rayonunun Bərgüşad kəndindən II qrup Qarabağ müharibəsi əlili S.Alıyevin və digərlərinin məktublarında da regionların sosial-iqtisadi inkişafından, abadlıq-quruculuq işlərindən, əhalinin sosial rifahının yaxşılaşdırılmasından, işsizlik və yoxsulluq səviyyəsinin azaldılmasından geniş bəhs olunur.
 

Abadlıq-quruculuq işlərindən danışarkən xüsusilə qeyd etmək lazımdır ki, hazırda respublikanın bölgələrində kənd yollarının tikintisi və yenidən qurulması istiqamətində böyük işlər görülür.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "İnfrastruktur layihələri arasında biz son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstəririk. Çünki buna böyük ehtiyac vardır. Yerlərdən gələn xahişlər də bunu göstərir. ...Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım". Bu sözlər dövlətimizin başçısının vətəndaş müraciətlərinə həssas münasibətini, əsaslı xahiş və tələblərin həlli üçün lazımi tədbirlər gördüyünü bir daha sübut edir.
 

2014-cü ildə kənd yollarının tikintisi ilə bağlı ölkə Prezidenti tərəfindən 44 sərəncam imzalanmış və bu işlərin icrası üçün bütövlükdə 190,4 milyon, o cümlədən Prezidentin Ehtiyat Fondundan 61,6 milyon manat vəsait ayrılmışdır. Əhalisi 1 milyon nəfərə yaxın olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilmişdir. Həm bu sərəncamların imzalanması, həm də əvvəlki illərdə tikintisinə başlanılan yolların istifadəyə verilməsi ilə əlaqədar cənab Prezidentin ünvanına Lənkəran, Mingəçevir, Şəki, Yevlax, Abşeron, Ağdam, Ağdaş, Ağstafa, Babək, Beyləqan, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Qobustan, Quba, Qusar, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı şəhər və rayonlarından çoxlu sayda minnətdarlıq məktubları daxil olmuşdur.
 

Ağdam rayonunun Üçoğlan kəndinin sakinləri R.Gözəlov, Q.Hüseyinov, N.Məmmədov, S.Cəbrayılov öz sevinclərini belə ifadə edirlər: "...Cəbhə bölgəsində kəndlərarası yolların belə yüksək səviyyədə çəkilməsi həqiqətən də alqışa layiqdir. Biz inanırıq ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və belə gözəl yollar Şuşamıza, Xankəndimizə kimi uzanacaqdır. Allah yardımçınız olsun!".
 

Dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerləşən Yardımlı rayonunun Perimbel kəndindən M.Əzizov, Ə.Piriyev, R.Həsənov, O.Rzayev və başqaları (cəmi 17 nəfər) ən ucqar dağ kəndlərindən biri olan Perimbelə asfalt yolun çəkilməsi ilə əlaqədar göndərdikləri minnətdarlıq məktubunda yazırlar: "Respublikada görülən genişmiqyaslı işləri seyr edərkən tam əmin olursan ki, Ulu öndərimizin ənənələri yaşayır, onun ölməz ideyaları bu gün də həyatda öz bəhrəsini verir".
 

Vətəndaşlar yayda toz-torpağın, qışda palçığın əlindən keçə bilmədikləri yolların indiki rahatlığını, kəndlərin inkişafı üçün açdığı imkanları ölkənin yüksək iqtisadi tərəqqisinin bəhrələri kimi qəbul edirlər.
 

Respublikanın kənd və qəsəbələrinin qazlaşdırılması ilə bağlı minnətdarlıq məktublarını da qeyd etməmək olmaz. Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "... biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin, demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ mənim nəzarətimdədir".

Bu mövzuda minnətdarlıq məktubları ilin son aylarında çoxalmışdır.Ağdaş, Gədəbəy, Masallı, Salyan və digər rayonların kənd və qəsəbələrindən onlarla belə məktub alınmışdır. Salyan rayonunun Kürqaraqaşlı kəndindən E.Şabanov və başqalarının məktubunda bu fikirlər yer alır: "Kəndimizin camaatı uzun illər təbii qazın olmamağından əziyyət çəkirdi. Sizin sayənizdə bu problemimiz də öz müsbət həllini tapdı və dekabr ayının əvvəlində kəndimiz təbii qazla təchiz olundu. Nazirlər Kabinetinin iclasında verdiyiniz tapşırıqdan sonra bu işlər intensiv xarakter aldı və qış mövsümünə kimi yekunlaşdırıldı".

Azərbaycan vətəndaşlarını narahat edən heç bir problem dövlət başçısının diqqətindən kənarda qalmır. Ölkə əhalisinin içməli suya və əkin sahələri üçün suvarma suyuna tələbatını ödəmək üçün son illər mütəmadi tədbirlər görən Azərbaycan Prezidenti 2014-cü ildə də bu məsələyə xüsusi diqqət yetirmiş, əvvəlki illərdə bu sahədə görülən işlərin davam etdirilməsi üçün xeyli vəsait ayırmışdır.

2013-2014-cü illərdə Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində 200 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, 50 min hektar torpaq sahəsinin dövriyyəyə daxil edilməsinə imkan yaranmışdır. Ölkə Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına 2013-cü ildə 29 rayonun 104 yaşayış məntəqəsində 107, 2014-cü ildə isə 32 rayonun 223 yaşayış məntəqəsində 250 subartezian quyusu qazılmışdır. Bundan əlavə ölkə Prezidentinin 2014-cü il 25 dekabr tarixli sərəncamı ilə yenə Prezidentin Ehtiyat Fondundan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində 300 subartezian quyusunun qazılması üçün 21,5 milyon manat vəsait ayrılmışdır. Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün 2007-2014-cü illərdə 20 rayonun 272 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış və daha 48 məntəqədə belə qurğuların quraşdırılması davam etdirilir. Bütövlükdə 320 yaşayış məntəqəsində belə qurğular yaradılacaq və 500 min nəfər əhali keyfiyyətli içməli su ilə təmin ediləcəkdir. Bu il isə həmin məqsədlər üçün ilin əvvəlində Prezident tərəfindən daha 5 milyon manat vəsaitin ayrılması əhali tərəfindən sevinclə qarşılanmışdır.
 

Görülən genişmiqyaslı işlərdən qaynaqlanan sevinc hissləri ölkəmizdə yaşayan müxtəlif millətlərin və xalqların nümayəndələrinin məktublarında da özünü büruzə verir, eyni zamanda, bu məktublarda əksini tapan fikirlər Azərbaycanda sivil və tolerant cəmiyyətin formalaşdığını aydın göstərir. Ölkə Prezidenti "Gənclər siyasəti üzrə birinci qlobal forum"un rəsmi açılış mərasimində demişdir: "Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Biz sivilizasiyalar dialoquna töhfə veririk".

Binəqədi rayonundan M.Səttarzadə, Y.Alışova, R.Nikiforov və başqalarının (cəmi 16 imza) məktubu Azərbaycanın etnik və dini tolerantlıq baxımından nümunəvi ölkə olduğunu bir daha sübut edir. Onlar yazırlar: "H.Hüseynov küçəsində eyni binada azərbaycanlılarla birlikdə bir ailənin üzvləri kimi yaşayan biz ruslar, yəhudilər, ukraynalılar, tatarlar Sizin daxili və xarici siyasətinizi bəyənir və alqışlayırıq. Son illər ərzində yaşadığımız ərazidə və bütövlükdə rayonumuzda görülmüş abadlıq-quruculuq işləri də bizi razı salır. Biz çox şadıq ki, Azərbaycan Respublikasında yaşayırıq".
 

Yasamal rayonundan sahibkar İ.Baydukovun məktubu isə bu məzmundadır: "Sizin "Rossiya-24" telekanalına verdiyiniz müsahibəni diqqətlə izlədim... Azərbaycanın belə qüdrətli və dünyəvi dövlətə çevrilməsində göstərdiyiniz xidmətlərə görə Sizə bir daha əhsən deyir və dərin ehtiramımı bildirirəm. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın MDB məkanında bənzəri yoxdur. Xüsusilə buradakı tolerantlıq mühitini dünyanın heç bir ölkəsində tapmaq mümkün deyil".
 

Azərbaycan-Rus İcması Nərimanov rayon şöbəsinin sədri L.Hacıyeva da tolerantlıq məsələsini xüsusi vurğulayaraq yazır: "Azərbaycanda etnik və dinlərarası münasibətlərin yüksək səviyyədə olması buradakı rus icmasının üzvlərini ən çox razı salan mühüm dəyərlərdən biridir".
 

Ölkəmizin sosial-iqtisadi inkişafı, əsrarəngiz təbiəti, xalqımızın həyat səviyyəsi, mədəniyyəti və milli xüsusiyyətləri barədə xoş sözlərin yer aldığı məktublar xarici ölkə vətəndaşlarından da daxil olur.

Rusiya Federasiyasından "Azərbaycan Rusiya məktəblilərinin və tələbələrinin gözü ilə" layihəsinin iştirakçıları - M.Smirnova (Moskva vilayəti), İ.Kadoçnikova (İjevsk şəhəri), Y.Şiyanova (Ximki şəhəri), D.Xaritonova (Penza şəhəri), D.Maçanov (Rostov-Don şəhəri), T.Əhmədova (Novosibirsk şəhəri), D.Ağayev (Samara şəhəri) və digərlərinin məktubunu oxuduqca insan qürur hissi keçirir: "Rusiyadan olan nümayəndə heyətinin tərkibində 2014-cü il iyulun 29-da Azərbaycana gəldik. Ölkəyə səyahət zamanı biz bir neçə maraqlı şəhərdə - İsmayıllı, Şamaxı, Mingəçevir, Gəncə, Şəki, Qəbələdə olduq. Hər bir şəhərdə bizi bir tərəfdən yerli sakinlərin qonaqpərvərliyi və mehribanlığı, digər tərəfdən memarlıq və heykəltəraşlıq nümunələrinin gözəlliyi və möhtəşəmliyi valeh etdi. ...Biz müasir, dinamik inkişaf edən bir ölkə kəşf etdik".
 

Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərindən əlaçı şagird R.Məcidovun da məktubundan bəzi cümlələri qeyd etmək yerinə düşərdi. Həmyerlimiz yazır: "Atam azərbaycanlı, anam isə rusdur. ...Mən ilk dəfə idi ki, Azərbaycanda olurdum. ...Paytaxt Bakı şəhərinə səfər etdik və burada gördüklərimiz çox xoşumuza gəldi. Atam söylədi ki, Bakı şəhərinin belə inkişafı və gözəlləşməsi Prezident İlham Əliyevin sayəsində mümkün olmuşdur. Möhtərəm Prezident! Biz bu işlərə görə şəxsən Sizə təşəkkür edir, ümumilikdə Azərbaycanın hər zaman çiçəklənməsini və inkişafını arzulayırıq".
 

Gürcüstanın Batumi şəhərindən A.Beridzenin də Azərbaycan Prezidentinə ünvanlanan məktubu maraqlıdır: "Şəhərimizə istirahət etməyə gələn azərbaycanlıların sayı ilbəil artır. Biz görürük ki, Azərbaycan xalqı sivilizasiyalı Avropa ailəsinin bir hissəsi, ənənələrin və müasirliyin sintezinin nümunəsidir. Fəxr edirəm ki, mənim ölkəmin və bütün gürcü xalqının Siz başda olmaqla Azərbaycan xalqı kimi ləyaqətli və sivil qonşusu vardır. Siz Heydər Əliyevin layiqli oğlusunuz. Siz güclü Azərbaycan xalqının güclü Prezidentisiniz".
 

Türkiyə Respublikasının Ərzurum şəhərindən E.Çelik isə bunları yazır: "Canımızın, qanımızın bir olduğu bir ölkədən - Türkiyədən Sizlərə səmimi salamlarımı göndərirəm. Bu məktubu yazmaqla I Avropa Oyunlarına ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik etmək istəyirəm. Əminəm ki, ölkəniz bu oyunları yüksək səviyyədə təşkil edəcəkdir".

Azərbaycanda idmanın inkişafı ölkə Prezidentinin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Çünki idman nailiyyətləri ölkənin ümumi inkişaf səviyyəsini, əslində onun sivillilik dərəcəsini əks etdirir. Ölkə Prezidenti Azərbaycan idmanının uğurlarından böyük iftixarla danışır. 2013-cü ildə Azərbaycan idmançıları 780-dən çox medal, o cümlədən 280 qızıl medal qazanmışdılarsa, ötən il 805 medal, o cümlədən 275 qızıl medal əldə etmişlər. Artıq Azərbaycanın idman dövləti olduğunu dünyanın idman aləmi etiraf edir və Azərbaycanda keçirilən beynəlxalq yarışlarda bütün ölkələr məmnuniyyətlə iştirak edirlər. Yaradılan infrastruktur və idman qurğuları Azərbaycanda bütün idman növləri üzrə yarışların keçirilməsinə imkan verəcəkdir. Azərbaycan idmançılarının I Avropa Oyunlarında daha çox medal qazanacağına vətəndaşlarımız inanır və respublikada idmanın inkişafı üçün görülən işlərə görə ölkə Prezidentinə təşəkkürlərini bildirirlər. Vətəndaşlar inanırlar ki, bu oyunlarda Azərbaycan idmanı layiqincə təmsil olunacaqdır.
 

I Avropa Oyunlarından başqa, qarşıdakı 5 ildə Azərbaycan bir çox mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı həmin tədbirlər barədə demişdir: "2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə "Formula-1" yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi".

Minnətdarlıq məktublarının əhatə etdiyi mövzular son dərəcə rəngarəng və müxtəlifdir. Məsələn, Bakı şəhərinin Nəsimi rayonundan akademik M.Məmmədyarov "Şərəf", Alban-Udi Xristian Dini İcmasının sədri R.Mobili "Şöhrət" ordenləri, Gülyaz və Gülyanaq Məmmədovalar "Xalq Artisti",Türkiyənin İstanbul şəhərindən M.Abbasova "Əməkdar İncəsənət Xadimi", Yevlax şəhərindən Ə.Bəşirov "Əməkdar Müəllim", Abşeron rayonunun Saray qəsəbəsindən P.Səfərova və Lerik rayonundanS.Rufullayeva "Əməkdar Həkim" fəxri adları, Ağcabədi rayonundanA.Qasımov "Tərəqqi" medalı ilə təltif edilmələri, Binəqədi rayonundanC.Məmmədov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Mançester və Oksford universitetlərində təhsil alması, Nərimanov rayonundan S.İbrahimova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi olan qızı A.İbrahimovanın xüsusi aylıq təqaüdə layiq görülməsi,Şirvan şəhərinin Bayramlı qəsəbəsindən E.Əbülfəzov, Q.Cabbarova, Ş.Təhməzov, İ.Rüstəmov, R.Həsənova və başqaları 1930-cu illərdə inşa edilmiş və heç vaxt təmir olunmadığından yararsız və qəzalı vəziyyətə düşmüş yaşayış binasının yerində yenisinin tikilərək sakinlərin mənzillə təmin edilməsi, Mingəçevir şəhərindən M.Daureş, Siyəzən rayonundan Ş.Cümşüdov, Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsindənV.Muradov daşınmaz əmlak məsələlərinin həll edilməsi, Ağdam rayonunun Çəmənli və Sarıcallı kəndlərindən A.Quliyev və İ.Yusibov müharibə zamanı zərər çəkmiş evlərin bərpası və yerli sakinlər üçün yeni evlərin tikilməsi, Ağsu rayonunun Ağabəyli kəndindən I qrup əlil S.Ağayev səhiyyənin inkişafı və bu sahədə infrastrukturun ən müasir səviyyədə yenilənməsi, Ağstafa rayonunun Dağ Kəsəmən kəndindənŞ.Nəbiyeva və Tovuz rayonunun Əsrik Cırdaxan kəndindənM.Verdiyeva, S.Tanrıverdiyeva, Z.Verdiyev və başqaları içməli su problemlərinin həll olunması, Zaqatala rayonunun Muxax kəndindənŞ.Qurbanov təbii fəlakətlər nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin əvəzinə yenilərinin tikilərək istifadəyə verilməsi ilə əlaqədar ölkə başçısına öz razılıqlarını və təşəkkürlərini çatdırmışlar.
 

Məcburi köçkünlərdən, şəhid ailələrindən, müharibə veteranları və əlillərindən, digər imtiyazlı şəxslərdən daxil olmuş minnətdarlıq məktubları da çoxdur və həmin məktublarda ölkə Prezidentinin bu şəxslərə xüsusi diqqət və qayğısı aydın ifadə edilmişdir. Məsələn, II qrup Qarabağ müharibəsi əlilləri - Nəsimi rayonundan A.Quliyev, Nizami rayonundan M.Mehtiyev, Səbail rayonundan V.Cabbarlı, Bərdə rayonundan Z.Mamayev və digərləri müharibə veteranlarının müavinətlərinin və müharibə əlillərinin Prezident təqaüdünün artırılması, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və vəfat etmiş hesab edilən vətəndaşların uşaqlarının təhsil haqqından azad edilməsi, Qaradağ rayonundan Qarabağ müharibəsi veteranı A.Hüseynov özünün və qızının işə götürülməsi, Qax rayonundan şəhid atası H.Rəsulov, Qubadlı rayonunun Qarağaclı kəndindən məcburi köçkün, şəhid anası M.Ağayeva şəhid ailələrinə şamil edilən güzəşt və imtiyazlar, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, üzləşdikləri çətinliklərin aradan qaldırılması, Salyan rayonundan R.İbrahimov Çernobl əlillərinin problemlərinin həlli, Zərdab rayonundan Veteranlar Şurasının sədri H.Həsənov son illərdə təkcə Zərdab rayonunda imtiyazlı vətəndaşlara 34 ədəd, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə 13 ədəd minik avtomobilinin verilməsi barədə yazır və minnətdarlıq edirlər.
 

Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün T.Məmmədov bu kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğısını belə ifadə edir: "Bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, kommunal xidmət haqlarından azad edilməsi, habelə digər yardım və güzəştlər, onlara yemək xərci üçün aylıq müavinətlər verilməsi doğrudan da alqışa layiqdir. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkün uşaqları artıq neçə ildir ki, təhsil haqqını ödəməkdən azad edilmişlər. İndi məcburi köçkünlər Bakıətrafı qəsəbələrdə və respublikanın müxtəlif bölgələrində salınmış şəhərciklərdə onlara verilmiş təmirli mənzillərdə çox rahat yaşayırlar".
 

Xaçmaz rayonundan I qrup Qarabağ müharibəsi əlili İ.Qədirovun məktubu isə Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısının səviyyəsini nümayiş etdirir: "Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısından çox razıyıq. Mən mənzil və fərdi avtomobillə təmin edilmişəm. Bu il Yunanıstanın Saloniki şəhərində yerləşən sanatoriyaya müalicəyə göndərildim və hazırda özümü çox gümrah hiss edirəm. Ən ağrılı, ən çətin günlərimdə dövlətimiz mənə dəstək olub, doğma münasibət göstərib, qayğı ilə yanaşıb".
 

Bərdə rayonunun Qarabağ qəsəbəsində məskunlaşmış Xankəndi şəhərindən məcburi köçkün Ş.Adıgözəlov isə milli mətbuatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirir: "Gənc bir jurnalist kimi deyə bilərəm ki, ölkəmizdə mətbuata və jurnalistlərə olan münasibət ildən-ilə daha da yaxşılaşır. Dövlətini sevən, onun inkişafı və tərəqqisi naminə qələmini süngüyə çevirən yaradıcı insanlara göstərilən diqqət əslində dövlətin azad sözə açdığı qapıdır. Bu qapıdan qəlbi təmiz, alnı açıq keçmək isə vicdanı və qələmi ilə baş-başa dayanan jurnalistlərin əqidəsinə, məsləkinə sadiqliyidir".
 

Ölkə Prezidentinə ünvanlanmış məktublar arasında Azərbaycanda demokratik təsisatları gündən-günə gücləndirməsinə, insanların bütün məsələlərdə öz rəyini sərbəst bildirməsi üçün şərait yaratmasına görə edilən minnətdarlıqlar da az deyildir. Bu baxımdan,İmişli rayon sakini G.Səmədovun respublikada 2014-cü il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri haqqında fikirləri maraq doğurur. O yazır: "Azərbaycan hüquqi və demokratik dövlətdir. Rayonumuza gəlmiş beynəlxalq müşahidəçilər də seçkilərin tam şəffaf, azad və demokratik şəraitdə keçirilməsinin şahidi oldular".
 

2014-cü ildəki minnətdarlıq məktublarının bir hissəsi Azərbaycan Prezidentinin xarici siyasəti ilə bağlı olmuşdur.

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindən R.Məmmədovun məktubunda bu sözlər yer alır: "Biz - Amerika azərbaycanlıları Sizin xarici siyasətinizi dəstəkləyirik. Həqiqətən də Sizin yürütdüyünüz xarici siyasətin alternativi yoxdur. Biz 2014-cü il iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında Sizin parlaq nitqinizi dinlədikcə qürur hissi keçirdik. Cənab Prezident, Siz bu nitqinizlə Azərbaycanın beynəlxalq aləmdə söz və nüfuz sahibi olduğunu bir daha sübut etdiniz".
 

ABŞ-ın digər şəhəri Kanzasdan R.Şükürov, habelə Bakı şəhərindənAMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri F.Salmanov və F.Eyvazzadə, Naxçıvan şəhərindən H.Alməmmədov, Gəncə şəhərininziyalıları adından akademiklər F.Əliyev, S.Məmmədova, N.Həmzəyev, İ.Cəfərov, A.Süleymanov və başqaları (cəmi 50 nəfər), Sumqayıt şəhərindən B.Məlikov, Füzuli rayonundan T.Nəbiyev də xarici siyasət məsələləri ilə bağlı müsbət fikirlərini bildirmişlər.
 

Minnətdarlıq məktublarının bir qismi vətəndaşların əvvəlki müraciətlərində qaldırdıqları məsələlərin müsbət həll edilməsi ilə əlaqədardır. Məsələn, Bakı şəhərinin Xətai rayonundan F.Paşayev əmək pensiyasının yenidən hesablanmasına, Nizami rayonundanY.Haqverdiyeva bağ sahəsinin özəlləşdirilməsinə, Sumqayıt şəhərindənQ.Mirzəyev qızının Polis Akademiyasına qəbul edilməsinə, Abşeron rayonunun Xırdalan şəhərindən V.Pirəliyev özünün, Xaçmaz rayonundan S.Siracov həyat yoldaşının, Lənkəran şəhərindənG.Cəlilova və Astara rayonundan Ə.Nəsirov övladlarının uğurlu əməliyyat edilməsinə, Gədəbəy rayonunun Kəlaman kəndindənK.Muradova maddi yardım göstərilməsinə, Goranboy rayonunun Nərimanlı kəndindən E.Abdurahmanov və Qubadlı rayonundanməcburi köçkün, BVM veteranı Ə.İbişov mənzillə təmin olunmasına,İsmayıllı rayonunun Lahıc qəsəbəsindən G.Babayev və Kürdəmir rayonundan B.Mustafayev təbii fəlakətlər nəticəsində qəzalı vəziyyətə düşmüş köhnə evlərin yerində yenilərinin tikilərək yaşayışa tam hazır vəziyyətdə istifadələrinə verilməsinə, Qəbələ rayonundan S.Kərimova evinin damının təmir edilməsinə, Laçın rayonundan məcburi köçkün E.Məmmədova və Lənkəran şəhərindən T.İsmayılova oğullarının, Şəki şəhərindən Ş.Əhmədov nəvəsinin, M.Məmmədov qızının, Lerik rayonundan R.Qasımov isə özünün işlə təmin olunmasına, Sabirabad rayonunun Zəngənə kəndindən P.Həmidli əkin sahələrinin suvarılmasında yaranmış problemlərin aradan qaldırılmasına görə ölkə Prezidentinə təşəkkür etmişlər.
 

Yevlax şəhərinin Varvara kəndindən H.Həsənov əvvəlki iş yerinə bərpa edilməsi ilə əlaqədar ölkə başçısına göndərdiyi minnətdarlıq məktubunda fikirlərini belə ifadə edir: "Sadə bir vətəndaşın müraciətinə belə diqqətlə yanaşıb kömək göstərməyiniz dövlətə olan inamımı daha da artırdı. Mən bir daha əmin oldum ki, güclü dövlətimiz var və onun sükanı etibarlı əllərdədir. Bu sükanı saxlayan əllər heç vaxt yorulmasın!".
 

Vətəndaşlar ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğatçısı, öz xeyirxah və nəcib əməllərinə görə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri seçilmiş Mehriban xanım Əliyevanın da əməyini və zəhmətini yaddan çıxarmırlar. Məsələn, Bakı şəhərində məskunlaşmışZəngilan rayonundan məcburi köçkün M.Orucov ölkə başçısına ünvanladığı məktubunda bildirir: "Sizin və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın xalqımız üçün gördüyü işlər əsrlər keçsə də unudulmayacaqdır. Sizin fəaliyyətiniz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, isimləriniz Azərbaycan ailələrinin sevimli isimlərinə, onların simvoluna çevrilib. Allah Ulu öndər Heydər Əliyevi və sizləri bu xalqa xilaskar, qoruyucu göndərib".
 

Minnətdarlıq məktubları xalqın bütün nümayəndələrinin, o cümlədən gənclərin ölkə Prezidentinə dəstəyini təsdiq etməklə yanaşı, işıqlı gələcəyə ümidlərini də ifadə edir. Bakı şəhərinin Nəsimi rayonundanN.Məmmədli yazır: "Müasir gəncliyimiz dünyada və ölkə daxilində baş verən prosesləri dərk etmək və kimin kim olduğunu müəyyənləşdirmək üçün dərin düşüncəyə sahibdir. Öz bədnam niyyətləri naminə gənclərdən istifadə etmək istəyənlərin ətrafının hazırda boş qalması gənclərin yaxın keçmişin dərslərindən yaxşı nəticə çıxardığını aydın göstərir. Biz gənclər kimin yanında olmalı olduğumuzu dəqiq bilirik. Biz Sizin, Azərbaycanı lider dövlətlər sırasına çıxararaq başımızı uca edən Prezidentimizin yanındayıq və hər zaman Sizə dəstək olacağıq! Xalqımızın gələcəyi Sizinlə bağlıdır. Allah Sizi qorusun!"


AzərTAc