14 fevralda şəhərdə əlində qızılgüllə dolaşan xeyli sevən cütlük görmək olar. Həmin gün məhəbbətə, diqqətə ehtiyac sanki daha da çoxalır. Küsülülər barışır, sevgisini deməyənlər bu addımı atmağa cəsarət edir. Kiminsə bəxti gətirir, kiminsə yox. Buna baxmayaraq, Sevgililər günündə hər kəs sevgilisinin onu xatırlamasını gözləyir. Sevgi üçün hansı tarixdə bayram yaşamasının bir fərqi yoxdur. Amma cütlüklər arasında sevgililər gününün hansı tarixdə qeyd olunması çətinlik yaratmağa başlayıb. Kimi dini, kimi də milli dəyərlər baxımından sevgililər gününü İlham və Fərizənin toy günü - 30 iyunda qeyd etməyi münasib görür.14 fevral Valentin günü hara, biz hara?