Müğənni Tacir Şahmalıoğlu keçmiş duet ortağı Fədayə Laçının dediklərinə münasibət bildirib
Qeyd edək ki, Fədayə Laçın milli.az saytına müsahibəsində bildirib ki, Tacir Şahmalıoğluyla altı illik münasibət yaşayıblar və bundan onun ailəsinin də xəbəri olub:
"Öz evlərinə də, anasıgilə, bacısıgilə də gedirdim. Özü hamısına demişdi. Amma bu söhbətlərin indi yeri deyil. Mən o vaxt da cavab verdim ki, o, bu söhbətlərlə gündəmə gəlmək istəyirsə... o, sənətkardır və belə şeylərlə gündəmə gəlməyə ehtiyacı yoxdur. Xasiyyətlərimiz düz gəlmədiyi üçün övladımızın olmasını istəmədim. Nə olsun ki, altı il bir yerdə olmuşuq?"
Milli.Az xəbər verir ki, T.Şahmalıoğlu isə publika.az-a açıqlamasında keçmiş sevgilisi və duet ortağının fikirlərinə belə münasibət bildirib:
"Boş söhbətdir hamısı. Nə uşaq, nə zad? Elə söhbət ola bilməz. Mənim Fədayədən niyə uşağım olmalıdır ki? Camaatın ailəsi-uşağı var, belə söhbətlərin açılması nəyə lazımdır? Belə söhbətləri yığışdırın".
Xatırladaq ki, bu barədə efirdə ilk açıqlamanı Tacir Şahmalıoğlu özü vermişdi.
Milli.Az