Bakıda retro maşınlar göz oxşadı - FOTO

9 Fevral 2015 13:47
Bakıdakı "Retro" Avtoklubda antik avtomobillərin sərgisi keçirilib. Sərgidə 15-dək maşın nümayiş etdirilib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, paytaxt sakinləri tərəfindən maraqla qarşılanan sərginin bundan sonra hər həftənin bazar günü keçirilməsi nəzərdə tutulur.

2003-cü ildən fəaliyyət göstərən klub ümummilli lider Heydər Əliyevin yubileyinə, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə, 28 May-Respublika Gününə həsr olunan yürüşlər təşkil edib. Həmçinin Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə antik avtomobillərin Qubaya yürüşü keçirilib.

"Retro" Avtoklubu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib. Buradakı ən qədim avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan "Buick" markalı maşındır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.