Rövşanə: "Lüt qadın şəkilləri ilə oxucu toplayan saytlar məni müzakirə edirlər"

8 Fevral 2015 17:39
"Lüt qadın şəkilləri ilə oxucu toplayan saytlar mənim və digər aparıcıların geyimini müzakirə edirlər".

Bu fikirlər tanınmış teleaparıcı Rövşanə Ağasəfqızına məxsusdur.

Anspress-in məlumatına görə,o, aparıcısı olduğu "Bazar səhəri" verilişində qadınlarla bağlı bir neçə mövzunu müzakirəyə çıxarıb.

Müzakirələr zamanı daha çox qadınların qınaq hədəfi olması, qadınların cəmiyyətdə tutduqları mövqeyə münasibət qonaqlar tərəfindən birmənalı dəyərləndirilməyib.

Söhbət zamanı Rövşanə onun geyimini tənqid edən saytları da unutmayıb. "Bu gün bir az çiyni açıq paltar geymişəm. Görərsiz, indi yazacaqlar ki, Rövşanə açıq-saçıq paltar geyindi. Keçən həftəki geyimini sosial şəbəkələrdə tənqid etdilər. Söhbəti qızışdıranı şəxsən tanıyıram, nə cür qadın olduğunu da yaxşı bilirəm. Ona elə sosial şəbəkədən yazdım ki, mən sizə icazə vermirəm məni müzakirə edəsiz.

Mən başa düşə bilmirəm, bu insanlar niyə özlərinə baxıb, sonra başqasında səhv axtarırlar? Məni qınayanlara üzümü tutub deyirəm, 17 ilin aparıcısıyam, heç vaxt cızığı aşmamışam. Mən efir mədəniyyətindən xəbərdaram, necə geyinmək lazım gəldiyini bilirəm. Heç kimə mənə ağıl verməyə icazə vermirəm".

Milli.Az